08.09.2020

Ələkrəm Hümmətov : (M ü r a c i ə t ) bizim bir Xalq kimi… sonumuz olacaqdır!

AzerFreedom TV internet kanalının yaradıcısı və Rəhbəri, Qurban Calal oğlu Məmmədov cənablarına,
Məlumat üçün:
Ölkənin ictimai həyatına dərəbəyilik, vandal münasibətlərin daşıyıcısı, Ölkə rəhbərliyini zor və saxtakarlıqla mənimsəmiş
İlham Heydər oğlu Əliyevə:
M ü r a c i ə t :
Hörmətli Qurban bəy, sentyabr ayının 5-də, Sizə və övladlarınıza məxsus mülkiyyətə qarşı edilən anti-insani, vandal hərəkətlər məni bu müraciəti yazmağa vadar etdi. Şübhəm yoxdur ki, artıq milyonlarla Azərbaycan vətəndaşını hakimiyyətin illər boyu və bu gün də apardığı qərəzli repressiya hərəkətləri, şərləmə ilə müşahiyyət olunan haqsız məhkəmə qərarları, həbs və işgəncələrlə təəccübləndirmək mümkün deyil. İnsanlar, rejimin bu qəbildən olan hərəkətlərinə, bir növ vərdiş etmişlər.