18.09.2020

Rehim Hesenli  ·” Həqiqətən Nurupaşa xilaskardır” ,gəlin əsl reallığa baxaq ...

Doğrudanmı 15 sentyabr Bakının azad edildiyi və Azərbaycan Cümhuriyyətinin paytaxt elan edildiyi gündür? Gəlin, bu iddianın doğruluğunu yoxlayaq. Əvvəla, ondan başlayaq ki, “Qafqaz-İslam ordusu” deyilən bir ordu olmayıb, bu, Osmanlı imperiyasının 5-ci piyada diviziyasının işğalçı missiyasını ört-basdır etmək üçün istifadə edilmiş maska idi. Diqqəti özlərindən yayındırmaq, “Bu, Osmanlı ordusu deyil, Qafqaz-İslam ordusudur” deyə bilmək üçün Osmanlı ordusunun 5-ci piyada diviziyasının adını tələm-tələsik dəyişdirib qoydular “Qafqaz-İslam ordusu”. Əgər Osmanlı xilaskar idisə, 1918-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabani nə üçün ona – həmin