12.09.2020

Aslan Qurbanovun məhkəməsi keçirildi

Bu gün dövlətə yönələn açıq çağırışlar etməkdə və milli düşmənçilik salmaqda təqsirləndirilən Aslan Qurbanovun məhkəməsi keçirildi.
 A.Qurbanov bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkili Ramiz Məmmədov müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Onun müraciətinə bu gün ( )Səbail rayon məhkəməsinin hakimi İlkin Rüstəmlinin sədrliyi ilə baxılıb . Qərar qüvvədə saxlanılıb . Onuda deyək  ki , A.Qurbanov pendensial xidmətinin xəstəxanasına yerləşdirilib ,səhhəti pis olduğuna görə .
12.09.2020

Hakimiyyət illər boyu ramizmehdiyevləri, elmarməmmədyarovları, əlihəsənovları,...

Azərbaycan Respublikasında hakimiyyət dairələri  böyük çaba içindədir. Müstəqillik qazanıldıqdan sonra ötən 29 il sübut etdi ki, ölkədə özünü "titul millət" elan etmiş bu qövm sivil, demokratik dövlət qurmağa qadir deyil! Hakimiyyəti qəsb edənlər, məmur postlarına yiyələnələr  tayfa-klan maraqlarından uzağa gedə bilmir, şəxsi maraqlarını dövlətçilik maraqlarından üstün tutaraq, dövlət resurslarından istifadə edərək yalnız şəxsi sərvətlərini artırmaqda bir-biriləri ilə sanki yarışa çıxırlar.