Bu gün dövlətə yönələn açıq çağırışlar etməkdə və milli düşmənçilik salmaqda təqsirləndirilən Aslan Qurbanovun məhkəməsi keçirildi. A.Qurbanov bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Vəkili Ramiz Məmmədov müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Onun müraciətinə bu gün ( )Səbail rayon məhkəməsinin hakimi İlkin Rüstəmlinin sədrliyi ilə baxılıb . Qərar qüvvədə saxlanılıb . Onuda deyək ki , A.Qurbanov pendensial xidmətinin xəstəxanasına yerləşdirilib ,səhhəti pis olduğuna görə . Qeyd edək ki, A. Qurbanov Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.