20:30
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan Respublika ictimaiyyətinə
      Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan Respublika ictimaiyyətinə

                                                                                             M Ü R A C İ Ə T İ


  Əziz həmvətənlər! 07 dekabr 2019-cü il tarixdə Azərbaycan Respublikasının köklü xalqlarından biri olan, talış xalqının bir qrup ictimai fəalı və ziyalısı bir yerə yığışaraq, Azərbaycan Talışların İctimai Şurasını (ATİŞ) təsis etdik. Azərbaycan Talışların İctimai Şurasının fəaliyyətə başlaması mövcud tarixi zərurətdən meydana gəlmişdir. Məlumdur ki, Azərbaycan Respublikası tarixən, bir sıra xalqların, o cümlədən biz - talışların ANA VƏTƏNİdir. Təəssüf ki, bir xalq olaraq vətənimizdə Dövlətimiz olan Azərbaycan Respublikasının hökuməti tərəfindən lazımi diqqət və qayğıdan kənarda qalmışıq. Keçən əsrin 30-cu illərində bədnam Stalin repressiyası ilə, adı büsbütün qadağan edilən talış xalqının reablitasiyası üçün ölkəmizin 30 illik müstəqillik dönəmində çox xırda nüanslar istisna olmaqla, ciddi bir iş görülmədi.

  Azərbaycan Respublikası hökuməti Avropa Şurasına üzv olanda, üzərinə öhdəlik olaraq götürdüyü Regional və azlıqların dilləri haqqında Avropa Xartiyasına indiyə kimi qoşulmamışdır. Azərbaycan Respublikasının ratifikasiya etdiyi Milli azlıqların hüquqlarının müdafiəsi haqqında Avropa Şurasının Çərçivə Sazişinin heç bir norması bu günə qədər talışlara münasibətdə realizə olunmamışdır. Talış dilinin tədrisi, bu dil üzrə mütəxəsislərin hazırlanması, talış dilində radio və televiziya verlişlərinin təşkili, talış dilində mətbuatın dövlət büdcəsi hesabına maliyyələşməsi ilə bağlı, hökumətimizə etdiyimiz bütün müraciətlər cavabsız qalmışdır.

 Bir sözlə, dövlətimiz olan Azərbaycan Respublikasının hökuməti ana dilimizə, tariximizə, adət-ənənələrimizə biganə qalmaqdadır. Bu biganəlik daha çox talışın bir xalq olaraq tez bir zamanda assimilə olunmasına xidmət təsirini bağışlayır. Talış ziyalılarının öz ana dillərinin, mədəniyyətlərinin inkişafı, ictimai-siyasi birliklərin yaradılması ilə bağlı təşəbbüsləri qısqanclıqla və qərəzlə qarşılanır, bir çox hallarda isə belə təşəbbüslər təqib və təziqlə müşayət olunur. Qədim tarixə və zəngin adət-ənənələrə malik olan talış xalqının milli varlığı tamamilə sıradan çıxmaq təhlükəsilə üz-üzə qalmışdır.

 Talış bir xalq olaraq, tarixi vətənində yarım qadağa altındadır. Hökumətimiz öz xalqını tanımamaq xəttini götürüb. Belə vəziyyət normal hesab edilə bilməz. Etnomüxtəliflik ölkəmizin multikultural zənginliyini, assimilasiyanı deyil, xalqlarımızın inteqrasiyasını şərtləndirən başlıca amildir! Bu da ilk növbədə, qarşılıqlı tanınmadan və qarşılıqlı olaraq hüquqlarımıza hörmətdən keçir. Azərbaycan Respublikası bizim hamımızın dövləti, ana vətənimizdir! Ona görə, Azərbaycan hökumətindən də gözləntilərmiz xalqımıza qarşı sivil münasibətin nümayiş etdirilməsilə bağlıdır. Məhz, belə bir situasiyanı formalaşdırmaq üçün, ATİŞ Azərbaycan Respublikası Konstitusiyasının 44, 45 və 58-ci maddələrini əsas götürərək, öz fəaliyyətinə başlamasını məmnuniyyətlə, ölkə ictimaiyyətinə bəyan edir.

  Son zamanlar ölkəmizdə ictimai-siyasi sahədə aparılan islahatlar bizdə milli münasibət isteblişmentində də müsbət addımların atılacağına inam hissi yaradır. Ümidvarıq ki, bu addımımız ölkəmizin tərəqqipərvər, demokratik qüvvələri və vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Fəaliyyətimiz Azərbaycanın dünyada müsbət tolerantlıq imicinin və dövlətçilik ənənələrinin güclənməsinə, Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun sürətlənməsinə xidmət edəcəkdir!

 Biz - Azərbaycan Respublikasının talış əsilli vətəndaşları olaraq, ölkəmiz üçün, bu işdə öz xidmətimizi və töhfələrimizi əsirgəməyəcəyik. Azərbaycan Talışların İctimai Şurasının təsisçiləri adından:
1. Ağayev Əli – ictimai fəal, Musavat Partiyasının üzvü;
2. Ağazadə Nəriman – arxeoloq-etnoqraf;
3. Baxşiyev Mehdi – mühəndis, Respublika Talış Mədəniyyət Mərkəzinin üzvü;
4. Əbdülov İnqilab – mədəniyyət işçisi;
5. Əbilov Ataxan – hüquqşünas, İnsan Haqları üçün Niderland Hüquqşünaslar Komitəsinin üzvü;
6. Əliyev Cabbar – tarixçi, publisist;
7. Əsgərov Fəyaz – mühəndis, ictimai fəal;
8. Əsgərov Oqtay - müəllim, hüquq müdafiəçisi;
9. Hacıyev Mikayıl – hərbçi, Qarabağ qazisi;
10. Heydərov Hüseynağa – mühəndis, ictimai fəal;
11. Heydərov Möhsün –mühəndis, şair;
12. Həşimov Ulduz – müəllim, ictimai fəal, Azəri-Talış İctimai Birliyinin üzvü;
13. Hüseynov Tahir – mədəniyyət işçisi, Musavat Partiyasının üzvü;
14. Likməkani Mirfayaz – şair, Azəri-Talış İctimai Birliyin Gənclər Təşkilatının sədri;
15. Məmmədov Hilal – hüquq müdafiəçisi, “Tolışi sədo” qəzetinin baş redaktoru;
16. Nəzərov Yaşar – iqtisadçı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü;
17. Rəhimov İltifat – müəllim, Aydınlar Partiyasının üzvü;
18. Rəsuli Kenul – mədəniyyət işçisi;
19. Səfərov Mehdibəy – mədəniyyət işçisi, Azəri Talış İctimai Birliyinin sədri;
20. Şükürov Əlimərdan – mühəndis, dənizçi;

və digərləri

tolishstan.com
Category: Taliys | Views: 859 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: