11:04 Biləsuvarın icra başçısı və müavinləri saxlanıldı | |
Biləsuvarın icra başçısı və müavinləri saxlanıldıDövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələri aztəminatlı təbəqələrə dəstək məqsədi ilə dövlət yardımının mənimsənilməsi barədə çoxsaylı şikayətlər əsasında Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. “Qafqazinfo”-nun məlumatına görə, əməliyyat zamanı Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, birinci müavini Xanlar Məmmədov, rayon bələdiyyəsinin başçısı İlqar Abbasov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayev, Kommunal Təsərrüfatı Kombinatının direktoru Xalidə Ağayeva, Rayon Məşğulluq Mərkəzinin müdiri Mübariz Mustafayev və icra başçısının Biləsuvar şəhəri üzrə nümayəndəsi Qabil Xammədov saxlanılaraq Bakıya gətiriliblər. ***13:02 Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. “Qafqazinfo” xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş bağlanıb. Bildirilir ki, İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və bir neçə müavini saxlanılıb, onlar Bakıya gətirilir. virtualaz.org qeyd edir ki, Biləsuvarın icra hakimiyyətinin DTX tərəfindən həbs olunan başçısı Mahir Hacı oğlu Quliyev 1958-ci ildə Kəlbəcərdə anadan olub. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə işləməyə başlayıb, daha sonra hərbi xidmətə gedib və qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib. 2011-ci ilin aprelində isə Biləsuvara başçı təyin olunub. Mahir Quliyevin təhsili barədə məlumat isə kasaddır, onun Naxçıvan universitetini bitirdiyi göstərilir. Yəni Quliyev ali təhsil haqda diplomu formal olaraq alıb və əslində təhsilsiz biridir. | |
|
Total comments: 0 | |