29.04.2020

Azərbaycan dövlətçiliyinə böyük ləkə!

Necə olur ki, özlərini demokratik və hüquqi bir dövlət sayan hakimiyyət, vətəndaşını yalançı ittihamlarla həbs edir və bütün mətbuat orqanlarında ittihamların qanun çərçivəsində olduğunu yayır, ancaq nə məhkəmənin qərarını, nə də ittihamları heç vəkilə də göstərmək istəmir . Bundan əlavə, hakimiyyət öz bildiyi təzyiq metodlarından  istifadə edərək, bir işə görə 3 dəfə vəkillərin işdən imtina etmələrinə nail olur. Fərqi yoxdur, hər bir insan, ölkənin qanunları çərçivəsində vəkillə təmin olunmalıdır, əks halda bu dövlətçilik yox quldurluq  metodu adlanır və ölkənin imicinə dünya səviyyəsində böyük zərbələr vurur. Təəssüflər olsun ki,  bir çox vətəndaşlar, belə məqalələr yazanda, avtoru dövlətə əks getməkdə günahlandırırlar
29.04.2020

Biləsuvarın icra başçısı və müavinləri saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələri aztəminatlı təbəqələrə dəstək məqsədi ilə dövlət yardımının mənimsənilməsi barədə çoxsaylı şikayətlər əsasında Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.