13:07 Bu kağız üzərində olan ağ yalandır. Hüqüqşünas Ataxan Abilov . | |
Korrupsiya necə olur ki? Avtoritar rejimin ruporu Azərbaycanda talış dilinin 225 məktəbdə tədrisini başlığa çıxarmaqla, xəbər yayıb. Bu kağız üzərində olan ağ yalanı gözümüzə soxmaqla nə demək istəyirlər? Deməli 225 məktəbdə talış dilinin olmayan tədrisiylə bağlı dövlət büdcəsindən pul silib yeyirlər. Bu korrupsiyanı da böyük bir minnət kimi talışın belinə yükləyir, hələ üstəlik özlərini super tolerant olmasıyla bağlı dünyada reklam da edirlər. Talış dili mütəxəsisi isə bildiyim qədər dünyada bir yerdə - Ermənistan Dövlət Universitetində (EDU) hazırlanır. Görünür bu 225 məktəbdə talış dilinin tədrisi də EDU-da hazırlanan pedaqoqlar həyata keçirir. Başqa necə ola bilər ki? İdeyaloji liderlərimiz olan Ramiz Mehdiyev, Əli Həsənov heç bir vaxt razı olmazlar ki, o dərslər idman, əmək təlimi müəllimlərin tədris yükünə yazılsın. Bu daha böyük cinayət olardı. Deməli talışlara talış dilini erməni mütəxəsislər öyrədir. Bunu məntiq deyir. Elə bu səbəbdəndir ki, hər özünə talış deyən adam erməni agenti və separatçı çıxır. Erməni mütəxəsisi erməni agenti hazırlayar da. Yox əgər avtoritar rejim özünün talış dilli ruporlarını istəyirsə, elə isə əli cibində olsun. Zəhmət çəkin YAP ideologiyasını təbliğ edən talış pedaqoqları, Heydər Əliyevi və analoqsuz inkişafı gecə-gündüz tərifləyən talış dilində bir televiziya kanalı, nə bilim talış qht-ləri, talışdilli mətbuat açın. Qoy bu minvalla talışların heç olmasa bir qismi YAP agenti olsun. Əli Həsənov, bütün müqəddəsiyata and olsun missiyanıza uyğun bundan səmərəli təklif sizə verən olmayacaq. Yoxsa ancaq korrupsiya ilə məşğul olmaq bir gün axırınıza çox pis çıxacaq, özü də lap çox pis... | |
|
Total comments: 1 | |||
| |||