11:20
Cəmil Həsənli Elvin İsayev  haqqında

Cəmil Həsənli Elvin İsayev  haqqında  .

Bilirəm bu yazıma görə məni qınayanlar olacaq. Adam bir ildən artıqdır ki, hökumətlə yanaşı dil-qəfəsə qoymadan bizi də söyürdü, nalayiq ifadə və hərəkətlərlə təhqir edirdi. Söhbət yüngül desək öz sadəlövhlüyünün qurbanı olmuş Elvin İsayevdən gedir. Xüsusi ilə Əli Kərimli bəyi, Gültəkin xanım və məni ədəbsiz küçə söyüşlərinin hədəfinə çevirmişdi. Çıxışların fb fəalları tez-tez atırdılar mənə. Bir-iki çıxışının 5-6 dəqiqəsinə baxandan sonra belə mənasız şeylərə vaxt sərf etməyi lazım bilmədim. Dəfələrlə demişik: kimliyindən asılı olmayaraq söyüşlə milləti xoşbəxt etmək olmaz.

Doğrusu, nə real həyatda, nə də sösial şəbəkədə Elvinlə hansısa bir tanışlığımız olmayıb. Söyüşlərinə də əhəmiyyət verməmişik və bircə dəfə də soruşmadıq ki, ay Elvin bəy bizi niyə söyürsən? Ancaq Elvin İsayevi Almaniya, Hollandiya, Rusiya, Ukrayna kimi ölkələrdə həbs etsəydilər buna əhəmiyyət verməmək olardı. Onu Azərbaycan hüquq mühafizə orqanları Kiyevdən oğurlayaraq Bakıya gətiriblər.

Bizim ölkədə hüquq deyilən bir şey yoxdur, insan əzabları üzərində gecə-gündüz işləyən işgəncə labaratoriyası var. Bu ölkədə günahı olan adamı belə adam kimi istintaq etmirlər, "Bandotdel"in işgəncə labaratoriyasından keçirirlər, bədəninə elektrik cərəyanı buraxıb, nalayiq üsullarla təsdiqləyici ifadələr alırlar. Bu ifadələri alana kimi istintaq altında olan adamın sağ qalması bir möcüzədir.

Elvin İsayev də indi bu "möcüzə" ilə üz-üzədir. Bizi söyməsindən asılı olmayaraq onun hüquqları pozulub. Özünə hörmət edən bir ölkə dünyada işgəncə labaratoriyası kimi tanın bir məmləkətə, Əliyev rejimi kimi insan qanına susamış bir rejimə Elvini verməməli idi. O, öz ağılsızlığından, sadəlövhlüyündən bu bəlayə düşüb, şəkildə gördüyünüz bu gül üzlü uşaqların başsız qoyub. Amma indi ondan hesab sormağın vaxtı deyil.

Əldə etdiyimiz məlumatlara görə, onunla amansızcasına rəftar edirlər və onun həyatı təhlükə qarşısındadır. Yerli hüquq müdafiəçiləri, beynəlxalq insan haqları təşkilatları, vətəndaş cəmiyyəti təmsilçiləri onu müdafiəsiz qoymamalıdırlar. Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi onunla görüşməyə cəhd etməlidir. Nə qədər ağır olsa da, Elvin İsayevin pozulmuş hüquqlarını müdafiə etməkdə, ona ictimai dəstək ifadə etməkdə özümüzdə güc tapmalıyıq.

http://www.tolishstan.com/

Category: XƏBƏRLƏR | Views: 436 | Added by: tmmrtalish | Tags: http://www.tolishstan.com/ | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: