00:19 İntiqam Həmidov : Bloger Elvin İsayev azadlıq tələbi | |
İntiqam Həmidov : Bloger Elvin İsayev azadlıq tələbi 2019-cu ilin dekabr ayında Ukraniyadan oğurlanaraq Azərbaycana aparılan Talış əsilli bloger Elvin İsayevin 25-sentyabr 2020-ci il tarixində məhkəməsi keçirildi. Saxta iddihamlarla mühakimə olunan bloger sən demə dövlət əleyhinə kütləvi təbliğatlar aparmış, təbliğatlar nəticəsində ölkə sarsılmış, iqtisadiyyat çökmüş,20% artıq torpaq Talış blogerin çıxışından sonra işğal olunmuş, bir sözlə yer kürəsi orta təhsili belə olmayan bir şəxsin çıxışları nəticəsində öz orbitindən çıxaraq Naxçıvana söykənmişdir. Çox gülünc gorunsədə bu gün üçün Azərbaycanda belə böhtan dolu iddihamlarla mühakimə olunan siyasətçi, dindar, bloger və sadə vətəndaşada rast gəlmək mümkündür "Fəxrəddin Abbasov və Aslan Qurbanov kimi qurbanları misal göstərmək olar". Azərbaycan türmələrində Talışların maddəsi kimi tanınan AR CM-nin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1(Milli,dini,sosial və ya dini nifrət və düşmənçiliyin salınması) son vaxtlar isə Elvin İsayevə digər CM 12.1, 34.2. 220.2 və 12.1, 34.2. 281.2-ci maddələri ittiham edilmişdir . Maddələrdən bəlli olur ki, ölkədə milli münaqişələri qarışdırmağa cəhd edən şəxslər güclü islahatlar aparır. Azərbaycan respublikasının konstitusiyasında yazılan söz və ifadə azadlığı kağız üzərində toza bürünərək məmurlar, hakimlər, QHT-lər kimi üfunət qoxusu almışdır! Qayıdaq Elvin İsayevin bloger fəaliyyətinə: Elvin İsayevin video roliklərini izlədikdə sadə bir vətəndaşın ölkədə baş verən proseslərə öz biliyi və savadı qədər tənqidi fikirlər söyləməsi Azərbaycanı vırtı vılo kardə çəmə xəbə ni. Bir və ya bir neçə şəxsi video roliklərində yumorik olaraq ələ salması dövlət çevrilişinə cəhd etmək imiş? minlərlə insan bu tip videoları bəyənib paylaşması o, deməkdir ki, cəmiyyətimizdə hər kəs dövlət çevrilişinə cəhd etməyə maraqlıdır. Elvin İsayevi həbs etməklə bu məsələni həll etmək olmaz! Videoları bəh-bəhlə paylaşanlar səssiz gəlmir, hardasız ay...,yoxsa 90-cı illərdəki kimi podvalda gizlənibsiz... Vəkil demişkən İlham Əliyev dövlət deyil, dövlət başçısıdır. Dövlət başçısını tənqid etmək, dövlət çevrilişinə cəhd etmək demək deyil. Təəssüf edici məsələlərdən biri də Elvin İsayevin yaşadığı kənd ərazi bələdiyyəsinin sədri Sadıqov Elçin Etibar oğlu ona qarşı şahid qismində dindirilməsidir. Vəkilin verdiyi suallar qarşısında aciz qalan şahid az qala desin ki, dədə balası çımı nün çığon beşdə. Elvin: ışdı pə nün bətı hərom bıbu,Tolışi qəp məjən tı Tolış be ni bəznıj! Kimsə mənə belə bir şey orda olmayıb deməsin. Azərbaycan məhkəmələrində hər şey olur, təkcə ƏDALƏTDƏN BAŞQA! Sonda fikrimi Əli Nasirin şerindən iki misra ilə bitirmək istəyirəm. Talış olmaq cinayətsə Bil ki, cinayətkaram mən. İntiqam Həmidov | |
|
Total comments: 0 | |