KİVDF maliyyə yardımı verəcəyi qəzetilərin adlarını açıqladı –
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatmışdır.
Müsabiqə Qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılmış və aşağıda qeyd edilən qəzetlər göstərilən sahələr üzrə qalib elan olunub.
Cəmi 18 qəzetə maliyyə yardımı ayrılıb.
“Mövqe”, Kaspiy, Palitra, “3 nöqtə”, “Hərbi and”, qəzetinin adları siyahıdan çıxarılıb.
№ |
Qəzetin adı |
Qalib elan olunduğu sahə |
1. |
“Yeni Azərbaycan” qəzeti |
1) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi
2) Azərbaycançılıq ideyasının təbliği
3) Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
|
2. |
“Səs” qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
2) Azərbaycançılıq ideyasının təbliği
3) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
|
3. |
“Şərq” qəzeti |
1) Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
2) İctimai və dövlət maraqlarının müdafiəsi
3) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
|
4. |
“525-ci qəzet” |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
2) Gənc nəslin milli mənlik süurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
3) Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
|
5. |
“Yeni Müsavat” qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
2) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili
3) Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
|
6. |
“Bakı-Xəbər” qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
2) Azərbaycançılıq ideyasının təbliği
3) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
|
7. |
“Azernews” qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi
|
8. |
“Novoye Vremya” qəzeti |
1) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili
2) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
|
9. |
“Xalq Cəbhəsi” qəzeti |
1) Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
|
10. |
“Hürriyyət” qəzeti |
1) İctimai və dövlət maraqlarının müdafiəsi
2) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
|
11. |
“Ədalət” qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
|
12. |
“Azad Azərbaycan” qəzeti |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
13. |
“Türküstan” qəzeti |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
14. |
“Olaylar” qəzeti |
1) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
15. |
“Paralel” qəzeti |
1) Ekologiya və ətraf mühitin müdafiəsi |
16. |
“Unikal” qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
17. |
“Həftə içi” qəzeti |
1) Ekologiya və ətraf mühitin müdafiəsi |
18. |
“Nedelya” qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
tolishstan.com
|