16:50
Lənkəranda fəalların təzyiqlə üzləşdiyi bildirilir

Lənkəranda fəalların təzyiqlə üzləşdiyi bildirilir

Lənkəranda fəalların təzyiqlə üzləşdiyi bildirilir
 
Lənkəranda seçki fəallarına təzyiqlərin olduğu deyilir. 

Bu barədə Toplum.Tv-yə fəallar - Aytac Ağazadə və Nəriman Abdulla məlumat verib.

Onlar 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizəd Baba Məmmədlinin imzatoplama kampaniyasında iştirak etdiklərini və buna görə təzyiqlə üzləşdiklərini deyiblər.

Aytac Ağazadə bildirib ki, dünən axşam uzaq qohumu, Şilavar kənd orta məktəbinin direktoru Elnur Əsədovu evlərinə göndəriblər: "Uzaq qohumum, Şilavar kənd orta məktəbinin direktoru Elnur Əsədov dünən gecə 23:10-da evimizə gəlib, seçki prosesindən uzaq durmağımı və müxalif mövqedən çəkilməyimi tövsiyə etdi. Dediyinə görə, dövlət təhlükəsizlik orqanları onu göndəriblər. Dedi ki, mənə görə gecə durub Bakıdan gəlib. Bildirdi ki, siyahı hazırlanıb və hamınızı saxlayacaqlar".


 
O deyib ki, direktor valideynləri ilə də danışıb, onları təhdid edib: "Sonra ailə üzvlərimlə danışdı. Mənə dedi ki, sənə görə, ən çox bu kişi (atam) zərər görəcək. Dedim ki, təhdid edirsiniz, dedi, sadəcə, onlarları deyirəm, xəbərdarlıq edirəm. Anama deyir ki, "Axırıncı aşırım" filmini yadına sal. Xeyli "məsləhət" verdikdən sonra getdi". 

A. Ağazadə deyir ki, bu gün səhər saatlarında yenidən atasını çağırıblar: "Səhər direktor atamı yenidən çağırıb. Ciddi xəbərdarlıq edib. Deyib ki, Taleh Qaraşovla (Lənkəranın icra başçısı) və DTX-nin Lənkəran üzrə nümayəndəsi uşaqlar haqqında sənədlər hazırlayıblar. Sonra da atama deyib ki, gedək polisə, Baba Məmmədli haqqında şikayət yaz. Təbii ki, atam imtina edib".

"Hadi Rəcəblinin qohumları bizi təhdid edir"

Fəal Nəriman Abdulla da analoji halla üzləşdiyini və deputat Hadi Rəcəblinin qohumlarının təzyiqi ilə üzləşdiyini deyir: "Bu gün saat 13:03 radələrində Hadı Rəcəblinin Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində admistrator işləyən qohumu Şadil Rəcəbov atama zəng edərək mənimlə bağlı seçki proseslərindən uzaq durmağı tələb edib. Özünə isə icra hakimiyyətindən məlumat və xəbərdarlıq edildiyini deyib. Səbəb kimi Lənkəran şəhər 73 saylı seçki dairəsindən namizəd Baba Məmmədli ilə birgə həbs olunacağımı göstərib". 


 
"Üstündən 5 dəqiqə keçəndən sonra Lənkəran rayon Veravul kənd icra nümayəndəsinin işçisi Altay adlı bir şəxs yenə də atama zəng edərək deyib ki, polis mənimlə bağl axtarışa başlayıb. Xahiş edib ki, proseslərdən çəkilim", - o bildirib. 

Şilavar kənd orta məktəbinin direktoru Elnur Əsədovu isə Toplum.tv-yə açıqlamasında məlumatı təkzib edib. 

O, heç kəslə görüşmədiyini və heç kəsi təhdid etmədiyini bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

http://www.tolishstan.com/
Category: XƏBƏRLƏR | Views: 436 | Added by: tmmrtalish | Tags: http://www.tolishstan.com/ | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: