18:06 Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar – Ramiz Mehdiyev | |
Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar – Ramiz MehdiyevPrezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı “Təzadlar”a açıqlama verib. tolishstan.com Unikal.org-a istinadən xəbər verir ki, AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb: “Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsi – nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”. | |
|
Total comments: 0 | |