09:20
Ölkə durumu və Talışın siyasi girovları
Ölkə durumu və Talışın siyasi girovları.

Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!!
Elvin İsayevə AZADLIQ!!!
Aslan Qurbanova AZADLIQ!!!
Mubariz Mənsimova AZADLIQ!!!
  Azərbaycan reallığı

Tofiq Yaqublu daxil bütün siyasi məhbuslara AZADLIQ!!!
Son günlər ölkə gündəmini şərlənərək həbs edilmiş Tofiq Yaqublu üzərində baş tutan və 4 il 3 ay ciddi rejimli cəza qərarı ilə nəticələnən sifarişli məhkəmə prosesi zəbt etmişdir! İctimaiyyətin fəal hissəsi Tofiq bəyin müdafiəsinə qalxaraq dünya ictimaiyyətinin də diqqətini bu məhkəmə prosesinə yönəldə bilmişdir. Biz də Talış Milli Hərəkatı olaraq bu sifarişli məhkəmə prosesini qətiyyətlə pisləyirik və Tofiq Yaqublu daxil bütün siyasi məhbusların qeyri-şərtsiz azad edilməsini tələb edirik!
Bizi məyus edən bəzi məsələləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik.
Talış xalqının milli hüquqları uğrunda mübarizə aparan Fəxrəddin Abbasov(Əboszodə) 27 fevral 2019 il tarixində Rusiya ərazisindən oğurlanaraq Azərbaycana gətirilmişdir. Ölkəyə gətirildiyi ilk gündən hüquqları kobud sürətdə pozulmuş, müdafiə hüququ ciddi pozulmuş, vəkilləri təzyiq və təhdidlərə məruz qalmışlar. Nəticədə sonuncu vəkili məhkəmə qərarından Apelyasiya şikayəti versə də (F.Abbasovun özünün yazdığı Apelyasiya şikayəti isə saxlandığı təcridxanadan məhkəməyə gedişinin qarşısı alınmışdır) son anda müdafiə etdiyi şəxslə razılaşdırmadan şikayəti geri götürmüşdür. Bununla da hakimiyyət ciddi-cəhdlə F.Abbasovun Avropa məhkəməsinə çıxışının qarşısı almış və almaqdadır!
Fəxrəddin Abbasov məhkəmə tərəfindən 16 il ciddi rejimli cəzaya məhkum edilsə də, nədənsə qapalı rejimli Qobustan həbsxanasına köçürlmüşdür?!
Talış əsilli Azərbaycan vətəndaşı, ümumazərbaycan problemləri uğrunda mübarizəyə qalxmış bloqer
Elvin İsayev 12 dekabr 2019-cu ildə Ukrayna ərazisindən sözün əsil mənasında oğurlanaraq (Ukrayna dövlətinin rəsmi orqanları bəyan etmişlər ki, E.İsayev haqqında onlar tərəfindən heç bir məhkəmə qərarı verilməmişdir) Azərbaycana gətirilmişdir!
İlk gündən hüquqları pozulmuş və pozulmaqdadır. Bəşər tarixində görünməmiş hal- ona hökumət tərəfindən 2 vəkil təyin edilmiş, ötən 9 ay ərzində qohumları tərəfindən dəfələrlə tutulmuş vəkillərin istintaq işində iştirakının qarşısı alınmışdır. Yalnız sonuncu dəfə vəkili məhkəmə qaydasında öz hüququnu təmin etməyə nail olsa da, ona da istintaq materialları ilə tanış olmaq üçün şərait yaradılmamışdır!
Talış əsilli digər gənc bloqer Aslan Qurbanov da eyni taleyi yaşamaqdadır. İSTAQRAM üzərindən özünün satirik səhifəsini yayımlayan bu gənc DTX-nın təcridxanasında saxlanmaqla, ətrafında sanki məxfilik divarı hörulmuşdur. Azərbaycan reallığını nəzərə alsaq, sonda Aslanı da çox ciddi ittihamların gözlədiyini qabaqcadan bilmək çətin deyil: - "Kapitalı yazıb, Lenınə də güllə atıb!"
Azərbaycanda böyük xeyriyyəçiliklə məşhur olan, özünü "türk oğlu türk" kimi təqdim edən, talış əsilli Mubariz Mənsimov haqqında geniş danışmaq istəməzdik, hərçənd onu da yuxarıda adlarını sadaladığımız insanlarla müştərək aqibətin gözlədiyi fikrindəyik.
Bizi narahat edən sadaladığımız bu insanların taleyinə Azərbaycan ictimaiyyətinin, bizlərə dildə "qardaş" deyənlərin biganə, ögey münasibətidir. Həmin insanları birləşdirən yeganə amil onların milli mənsubiyyəti, talış olmaqlarıdır.
Bu cür ögey münasibət son nəticədə Talış xalqının öz müqəddəratını təyin etməkdə başqalarına ümid olmamağa gətirib çıxaracağı bizdə əminlik yaradır. Talış xalqı dərk edəcək ki, nə indiki hakimiyyət, nə də onu əvəzləyəcək hər hansı müxalif qüvvə onun taleyinə eyni münasibət bəsləyəcək, hətta indikindən də pis münasibət!
Talış xalqına qarşı zorakılığa SON!
Talış Milli Hərəkatı(TMH)
 
Category: XƏBƏRLƏR | Views: 605 | Added by: tmmrtalish | Tags: TMH | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: