18:28 Prezident olsam, ilk işim "erməni soyqırımı"nı tanımaq olacaq - Qazax siyasətçi | |
Bu ilin iyun ayının 9-da Qazaxıstanda keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkilərində iştirak edəcəyi gözlənilən Qazaxıstan Beynəlmilər Hərəkatının rəhbəri Baxıtcan Kopbayev deyib ki, əgər prezident seçilərsə ilk işi "erməni soyqırımını" tanımaq olacaq. Yeniavaz.com xəbər verir ki, Baxıtcan Kopbayev "Facebook" sosial şəbəkəsində yaradılan "Düşüncə" virtual diskussiya klubu"ndakı müzakirələr zamanı deyib. Müzakirədə iştirak edən erməni ekspertlərin suallarını cavablandıran Qazaxıstan Beynəlmilər Hərəkatının rəhbəri Baxıtcan Kopbayev deyib ki, "erməni soyqırımı"nı tanımamaq çox qəribə olardı: "Əgər Hitler tərəfindən yəhudilərə qarşı törətdilənləri soyqırım kimi qəbul ediriksə, onda Osmanlı rəhbərlərinin də buna bənzər hərəkətlərə necə bir göz yuma bilərik. Həmin dövrün sənədlərində erməni əhalisinin qəsdən öldürülməsi barədə məlumatlar var. Tələt Paşa, Ənvər Paşa, Behadəddin Şakir və Mehmet Nazim kimi adlar, Hitler kimi insanlıq adına ləkədir". | |
|
Total comments: 0 | |