18:12 QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! | |
QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR !
Əziz oxucular ! Uzun müddətdir ki, səfalı dağların qoynunda yerləşən Lerik rayonunda yaşayan əksər sakinlər tərəfindən, istər sosial şəbəkələr vasitəsilə, istərsədə məktub şəklində ölkə başçısına və birinci vitse prezidentə rayonun icra başçısı və digər məsul şəxslərinin özbaşınalığından ardı-arası kəsilməyən müraciətlər yer almaqdadır. Məhz həmin müraciətləri nəzərə alaraq, bir neçə dəfə media olaraq Lerik rayonuna ezam olunub çəkilişlər aparmışıq. Həmin çəkilişlərdən də rayonun durumu açıq-aydın görünməkdədir. Sonda qərara gəldim ki, bu gün sizə ətraflı olaraq Lerik rayonunu ibtidai icma dövrünə döndərən məsul şəxslər haqqında bu yazımla ətraflı məlumat verim ki, siz də həmin şəxsləri tanıyasınız. Bir zamanlar Lerik gözəlliyi ilə göz oxşayırdı, o məkana qədəm qoyanlar xoş təəsüratlarla geri qayıdırdılar. Lakin uca dağların zirvəsində yerləşən, saf təbiəti ilə göz oxşayan Lerik rayonundan bu gün o gözəllik və o əzəmət qalmayıb desək tam yerinə düşər. Bir media nümayəndəsi kimi bu yazını qələmə almaqda məqsədim, adı qalıb gözəlliyini itirmək təhlükəsində olan rayonumuzun əvvəlki gözəlliyini geri qaytarmaqdı. Doğulub boya başa çatdığım Lerik rayonuna bu yazımla, sizinlə birlikdə səyahət etmək istəyirəm. Belə ki, əvvəlcə İcra başçısı başda olmaqla rayonun təşkilat və qurum rəhbərlərinin rayona necə qənim kəsilməklərindən başlamaq istəyirəm. 2007-ci ildə Dövlət başçısının Sərəncamı ilə rayona icra başçıcı təyin edilən Rövşən Bağırovun, 15 ildir ki, rayonu bərbad günə salmaqdan başqa bir iş gördüyünün şahidi olmadıq. Rayonun zəhmətkeş sakinləri dərdlərini demək üçün rayon icra hakimiyyətinə üz tutsalarda, günlərlə icra başçısının qapısının arxasında gözləməli olurlar və çarəsiz qalan vətəndaş az qala növbəyə yazılmaq üçün əl-altılarından xahiş - minnət etmək məcburiyyətində qalır. Heç bu addımlarla da dərdli sakin icra başçısı ilə görüşə nail ola bilmir. Çünki icra başçısı özünü bu rayonun ağası kimi insanlara tanıtdırıb və onunla görüşmək üçün xüsusi statusa malik olmalısan. Digər tərəfdən bu rayona gəlib-gedən turistlər və yerli qonaqlar da rayona ayaq basan andan çaşbaş vəziyyətdə qalırlar. Rayonun avtovağzalı olmadığından paytaxt Bakıya yola düşən kiçik və böyük tutumlu avtobusların harda dayandığını belə bilmək olmur.Rayonda Müalicə və Diaqnostika Mərkəzi yoxdur. Hələ bu harasıdı, rayonun mərkəzi küçələrində işıqforlar demək olar ki yoxdur. Piyadalar yolu qorxa-qorxa keçirlər ki, hansısa sürücünün qurbanına çevrilə bilərlər. Elə sürücülərdə bu təhlükədən eyni hissləri yaşayırlar. Qəhrəmanlığı və şücaəti ilə seçilən rayonun gəncləri bilmirlər ki, idman məşqləri etmək üçün hara üz tutsunlar. Rayonda İdman Kompleksi belə yoxdur. Rayonun sahibkarları belə bu rayonun ağazından dadü-fəryad edir. Mərkəzi Lerikdə vəziyyət olduqca acınacaqlıdır və bunun üzərində çox da dayanmaq istəmirəm. İstəyirəm ki, bu yazımla siz dəyərli oxucuları rayonun kəndlərində olan real vəziyyətlə də tanış edim. Başlayaq rayonun Orand, Şinəbənd, Zərdəbərə, Kekonu və Nuravud kəndlərindən. Bu kəndlərin yollarını görəndə adamın lap ağlamağı gəlir. Qış aylarında bu kəndlərin yolları bərbad halda olur. Yağan yağış suları yollarda gölməçələr və palçıq qatları əmələ gətirir. İndi gəl bu kəndlərin palçıqlı yollarında maşınla və yaxudda piyada hərəkət elə. Bir sözlə, qışda sanki kənd sakinlərinin şəhərlə əlaqələri təmamilə kəsilir. Yazımın bu yerində bir məqamı qeyd etsəm yerinə düşər. Prezident İlham Əliyev cənabları Lerik rayonun kənd yollarının infrastrukturunun yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan 13 milyon manat pul ayırsa da bu yolların vəziyyəti olduğu kimi qalmaqdadı. Belə ki, qeyd etdiyim kənd yolları 19 km olsa da, rayonun ağası hesab olunan icra başçısı Rövşən Bağırov özündən kəşf qaydalara uyğun 21 km yolu artırıb. Amma, əsaslı asvalt örtüyü vurulan zaman yolun 7 km-i siyahıdan silinib və bununla da görülməli olan işləri bitmiş hesab edib. Bu kəndlərin biçarə sakinləri dəfələrlə icra başçısının qəbuluna getsələrdə, özünü rayonun ağası hesab edən icra başçısı Rövşən Bağırov boş və real olmayan vədlər verməklə insanları yola salır. Rayonun sakinləri Prezident İlham Əliyevə şikayət məktubları ünvanlasalarda, müraciətlər cənab Prezidentə çatdırılmadığından rayonun dərdinə yanan da yoxdur. Kağız üzərində icra başçısı olan Lerik rayonu əslində bu gün başsız qalıb. İstəyirəm bir az da irəli gedib bu rayonun icra baçısının əmrlərinə müntəzər olan bir neçə məmurlarla da sizi yaxından tanış edəm. Elə başlayaq birinci icra başçısının sağ əli olan Cəlil Baxşıyevdən. Bu şəxs rayonda birinci müavin olaraq hansı işləri görüb? Maraqlısı odur ki, bu şəxs sərtliyi ilə insanlarda ağanın vəziri obrazını yaradıb. Vətəndaşlar ağasından narazı olduqları kimi, elə vəzirindən də narazıldırlar. Bu şəxsin qanunsuz hərəkətləri ilə bağlı rayonda çox iddialı olanlar var. Ərazi icra nümayəndəliklərində baş verənlər, rayonda təmizlik və abadlıq işlərini həyata keçirən idarədə baş verənlər, kənd mədəniyyət evlərində baş verənlər və sair. Hətta 9 qardaş və daha neçə qardaş tipli restoranlara sahib olmalarından da danışanlar var. Bütün bu faktlarla bağlı araşdırmalarımız hələ ki, davam edir və növbəti yazımda həmin faktları oxucularımıza olduğu kimi təqdim edəcəyəm. Birinci müavin olaraq bu şəxs də rayonda icra başçısı ilə birgə insanlar üzərində hökmranlığını istədiyi kimi, yuxarıdan aşağıya baxma prinsipi ilə həyata keçirir. Cəlil Baxşıyevdən geri qalmayan Əli Pənah Bayramov da öz şəxsii prinsipləri ilə bu rayonu idarə edir. Sanki, rayonun icra başçısı başda olmaqla bu şəxslər Lerik rayonunu özlərinin şəxsi mülkləri hesab edirlər. Özü də bunu çəkinmədən edirlər. İstərdim ki, bir məqama da toxunub bilmədiyiniz bir neçə sirri açam. Sosial şəbəkədən də məlum olduğu kimi, rayonun abadlığı və inkişafı üçün ayrılmış vəsait hesabına alınmış tikinti materiallarının rəngi dəyişdirilərək “Doqquz Qardaş” istirahət mərkəzinin tikintisi üçün satılması iddia olunur. Bu istirahət mərkəzi həqiqətən də mövcuddur və insanların hamısı bu Mərkəzin Cəlil Baxşiyevə məxsus olduğunu bilirlər. Bu rayonu şəxsi gəlir mənbəyinə çevirən sözügedən bu məmurların əməlləri bununla da bitmir. Məlumata görə icra başçısı və rayonun digər ağa məmurları Yaponiya səfirliyinin inşa etdiyi məktəbdə də başqa nüanslar mövcuddur. Azərbaycanın qurucusu olan Ulu Öndər Həydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına da bu rayonda ayrıca bir xoşagəlməz diqqət var. Belə ki, qeyd etdiyim partiyanın bir əsaslı binasıda bu rayondadı. Bundan başqa bu rayon üçün ayrılmış Toyota Camry 43 AA 003 dövlət nişanlı avtomobil də ərzaq məhsullarının daşınmasında istifadə olunur. Əziz oxucular, mən, sadəcə görüb, şahidi olduqlarımın bir hissəsini qələmə aldım. İnanıram ki, bu yazımdan sonra Cənab Prezident İlham Əliyev rayonda at oynadan icra başçısı Rövşən Bağırov başda olmaqla onun hegomon əlaltıları barədə ciddi ölçü götürəcək. Düşünürəm ki, rayonda ciddi araşdırmalara başlanılmalıdır. Cənab Prezidentin “jurnalistlər mənim köməkçilərimdir” prinsipinə dayanaraq, Lerik rayon İcra hakimiyyətinin başçısına və onun əlaltılarına səslənirəm. Unutmayın, haqsızlığa uğrayan Lerik sakinlərinin problemləri həll olunana qədər, baş verənlərdən Cənab Prezident məlumatlı olana qədər mənim haqlı mübarizəm davam edəcək. İlqam Cəbiyev . UTVİNFO Lerik | |
|
Total comments: 0 | |