20:37 Rahim Qazıyev təcili AZAD edilsin | |
Azərbaycan Respublikasının müstəqil dövlət quruculuğu və ərazi bütövlüyünün ən fəal iştirakçılardan biri, sabiq Müdafiə naziri Rahim Qazıyevin hüquqlarının müdafiəsi üzrə Beynəlxalq komitənin, Dünyanın mütərəqqi ictimaiyyətinə və Azərbaycan cəmiyyətinə M Ü R A C İ Ə T İ M İ Z: Əziz Azərbaycan Xalqı ! -İnsanlığın tərəqqisi, normal birgə yaşayışın varlığının təminatı naminə çağırışların artdığı indiki zamanında, hamılıqla, ölkəmizin ərazi bütövlüyü uğrunda canımızdan keçməyə hazır olduğumuz Vətəndə,- insanın normal yaşayışı üçün bütün qanunlar, hüquqi normalar, insani münasibətlər yox edildiyi halda, analoji vəziyyətə hamılıqla dözürük ! 78 yaşlı, vətənpərvər Rahim Qazıyevin ətrafında, 28 avqust 2020-ci il tarixində, növbəti, məhkəmə adında bir tamaşanın olması barədə, onun vəkili Elçin Sadıqovun məlumatı yayılmışdır. Məlum oldu ki, Bakı şəhərinin Səbayıl rayonunda hakim mantiyasına bürünmüş, rejimin darğa-cəlladı olan İlqar Murtuzov, digər həmkarları kimi, qanun, həm də insani keyfiyyətdən məhrum, məxsusi sifarişlə, hazırda həyatının dərin ahıl yaşını yaşayan Rahim bəyin həbsxana dustağlığını ev dustağlığı ilə əvəz etmə barədə vəsadətini rədd etmişdir! Azərbaycan Respublikasında rejim əlehdarlarının, yaxşı halda, şərlənərək həbsə salınması, artıq anormal adi yaşayışa çevrilib və ona da, daha heç bir ictimai qınaq qalmamışdır ! Ölkədə, Vətənin ərazi bütövlüyündən daimi bir narahatçılıq yaşamına özünü məhkum edən Rahim bəy Qaziyevin, haqq etdiyi fikirləri özünəməxsus şəkildə ifadə etməsinə dözməyən hakimiyyət, Cinayyət Məcəlləsinin 281 və 282-ci maddələrindən əlavə ittihamlar da düzüb-qoşacağı qədər əqidəsizliyi ilə, bir daha dünyaya subut edəcəkdir ki, Ölkədə insanların həyatı, davranışları qanunlarla müəyyən edilmir. Sözügedən iş, artıq hüquqi müstəvidən daha üstün, feodal göstərişləridir. Müdafiə komitəsi yekdil Qərarla tələb edir: -Rahim bəy Qazıyevə qarşı dövlət adından baş verən bütün haqsızlıqlara son qoyulmaqla, ən azı, vətən qarşısındakı xidmətləri nəzərə alınmaqla, təcili AZAD edilsin. Hümmətov Ələkrəm Ələkbər oğlu; Hacıyev İntiqam Qabil oğlu; Hüseynov Aqşin Rizvan oğlu; Mamedov Abdulla alxas oğlu; Məcidov Mais Allahverdi oğlu; Məmmədov Bahadur Xəzri oğlu; Ağayev Mərdan Hacıağa oğlu; Ağayev İltifat Mirağa oğlu; Şukurov Nəsir Şamil oğlu; Rəhimov Rizvan Rəhim oğlu; Əlibəyli Elxan Şirbağır oğlu; Dadaşov Mətləb Vəkil oğlu; Əliyev Balaş Sultan oğlu; Hacıyev Cəbrail Hacıverdi oğlu; Əzizov Cəfər Fərziəli oğlu; Bağırov Allahşükür Daşdəmir oğlu. tolishstan.com | |
|
Total comments: 0 | |