13:41 Sudan prezidenti istefaya məcbur edildi . | |
https://www.youtube.com/watch?v=CXKnI7OTFVk TMV1 TV ABUNƏ OL
“Reuters” öz mənbələrinə istinadla 75 yaşlı Bashir-in ordu tərəfindən vəzifədən kənarlaşdırıldığını, prezident iqamətgahının “ciddi mühafizə olunduğunu” yazır. Agentlik şahidə istinadla yazır ki, əsgərlər Bashir-in İslamçı Hərəkatının qərargahına hücum ediblər. Bu hərəkat hakim Milli Konqres Partiyasının tərkibindədir. Minlərlə adam müdafiə nazirliyinin qarşısında hökumətə qarşı etiraza yığışıb, Paytaxt Xartumun küçələrində kütlə bayram edir, Bashir-ə qarşı şüarlar səsləndirir. Arabiya televiziyasına danışan bir etirazçı deyib ki, Bashir-in müavini, müdafiə naziri Awad Mohamed Ahmed Ibn Auf-un onun yerinə keçəcəyi gözlənir, ancaq bu, nümayişçilər üçün qəbuledilməzdir. “Biz xoş xəbər, 30 il arzusunda olduğumuz sevincli xəbər gözləyirik”, – nümayişçi Nadine Ala al-Din deyib. 44 yaşlı Mohamed Adam isə söyləyib: “Biz Bashir-in köməkçilərini yeni durumun bir hissəsi kimi qəbul etməyəcəyik. Həmin şəxslər etirazçıları öldürüblər”. Dövlət televiziyası və radiosu isə bu arada vətənpərvər musiqi səsləndirməkdidir. Bashir-in başına nə gələcəyi bəlli deyil. Sudan 1993-cü ildən uzunmüddətli təcrid dönəmlərindən keçib. Birləşmiş Ştatlar Bashir hökumətini islamçı yaraqlılara sığınacaq verən terrorçu ölkələr siyahısına salıb, dörd il sonra sanksiyalar tətbiq edib. *** Sudan ordusu “vacib bəyanat” verəcək Sudan ordusu “vacib bəyanat” verməyi planlaşdırır. Bunu dövlət televiziyası deyir. Artıq dörd aydır bu ölkədə Prezident Omar al-Bashir-in 30 illik idarəçiliyinə etirazlar davam edir. Bashir istefa verir, yoxsa ordu tərəfindən devrilir – televiziyanın yaydığı məlumat belə bir spekulyasiyaya yol açıb. Paytaxt Xartumda minlərlə adam ordunun qərargahı ətrafına yığışıb. Burada etirazçılar artıq altıncı gündür oturaq aksiya keçirir. Şahidlər ordunun şəhərin əsas yerlərində mövqe tutduğunu bildirir. 1989-cu ildə çevrilişlə hakimiyyətə gələn Bashir-ə qarşı etirazlar dekabrdan başlanıb. İlkin olaraq bahalanmaya və nəğd pul qıtlığına qarşı başlanan etirazlar sonradan Bashir idarəçiliyinə qarşı çevrildi. | |
|
Total comments: 0 | |