19:16 Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Müraciəti | |
Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevə, İcra üçün: Azərbaycan Respublikası Müdafiə naziri, cənab Zakir Həsənova, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri, cənab Sahil Babayevə Hörmətli əğələr! Azərbaycan Respublikasının Dövlət idarəçiliyinin, cari dövrdə məsuliyyətinin, üzərinizdə olduğunu nəzərə alaraq, Ölkədə vətəndaşlarının Qanun və öhdəliklər daxilində haqq və hüquqlarına hörmətsiz və etinasız yanaşmanı diqqətinizə çatdırmağı vacib sayırıq... Lənkəran rayonunun Girdəni kəndində 65 yaşında, analıq səadətinə,- birbaşa Dövləti məcburi icbarilik əsasında, övladı Axundov Nahid Mirzəli oğlunu hərbi xidmətə aparılıb, hansısa odlu silahdan aldığı ağır yaralardan məhv edilməsi ilə son qoyulub! Bir ananın, bundan ağır bir faciəsini anlayıb, dərk etməkdən uzaq olan Sizlər, nəinki onun vətənin müdafiəsində məcburi iştirakla, Qazax rayonu Quşçu ayrım kəndi ərazisində, 707 saylı hərbi hissədə əsgəri xidmətdə olarkən, həlak olan övladına şəhidlik statusu, köməksiz və hər cür yardım və dövlət qayğısından kənarda saxlanılmasına belə, tərəfinizdən, ancaq ciddiyyətlə , biabırçı cəhdlər, bu gün də, davam etməkdədir! Sadəcə məlumat üçün Sizlərə xatırlamağı özümüzə borc sayırıq ki, Azərbaycan Respublikasının ərazi iddiaları olan döyüş və sərhəd cəbhə xətlərində, hazırda atəş təhlükəsi olan müdafiə mövqeylərində , şəxsi heyyətin 70-80 faizindən çoxu, əsasən Talış əsilli gənclərdir və onlara münasibətdə ayrı seçkiliyi, Şəhid Axundov Nahidə münasibətdə olduğu kimidir və bu, ciddi təəssüf və etirazımızı yaradır...və son qoyulmasını tələb edirik! Müraciətimizin qısa məzmununu təsdiq edən çoxsaylı sənədlər, - yazdığı şikayət ərizələri və aldığı cavablar Ananın əlində mövcuddur və bizə də göndərib. Talış Muğan Muxtar Respublikasının Prezidenti, Ə.Ə.Hümmətov. Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Sər vəziri, R. Mirzəyev. http://www.tolishstan.com/ | |
|
Total comments: 0 | |