07:00 Talış xalqına qarşı davam edən irqçilik siyasətinə son verin ! | |
Talış xalqına qarşı davam edən irqçilik siyasətinə son verin ! 14 fevral tarixində, barəsində Bakı Ağır cinayətlər məhkəməsi tərəfindən cəzasını ciddi rejimli (diqqət edin:- ciddi rejimli) cəzaçəkmə müəssisəsində çəkməklə 16 il cəza qərarı verilmiş Fəxrəddin Abbasov(Əboszodə), məlum olmayan səbəblərdən Qobustan qapalı rejimli həbsxanaya köçürlmüşdür. Bu əməl, bir daha sübut edir ki, Azərbaycan deyilən məmləkətdə qanunlar işləmir, məhkəmə hökümləri də ayaq altına atılaraq tapdalanır. Həbsxanada olan, "əli-qolu bağlı" bir adama qarşı bu cür hərəkətlərə nə ad vermək olar? ... Bu ölkəni təmsil edən dövlət idarəçiliyinin hökümət rəsmiləri, özlərini Avropa tərbiyyəsi almış kımı təqdim edirlər, ölkəni isə Avropa ölkəsi. Biz hesab edirik ki, Azərbaycanda hakimiyyət irqçi, totalitar, vəhşi bir qrupun əlindədir. Digər talış əsilli bloger Elvin İayevə isə, qohumları tərəfindən tutulmuş vəkillə hələdə, göruşlərə icazə verilmir! Rejimin bu cür davranışlarını qətiyyələ lənətləyir, dünya ictimaiyyətini bu idarəetmə üsuluna qarşı kəsgin addımlar atmağa səsləyirik! Fəxrəddin Abbasova(Əboszodə) Azadlıq! Talış xalqına qarşı davam edən irqçilik siyasətinə SON! tolishstan.com | |
|
Total comments: 0 | |