14:25
Talış xalqına qarşı edilən saxtakarlıqlar artıq dərsliklərdə!
Talış xalqına qarşı edilən saxtakarlıqlar artıq dərsliklərdə!

Azərbaycan Respublikasının  yaxın tarixinin 27 ilindən çox bir vaxt kəsimində, mövcud rejim, əsasən ölkə xarici auditoriya üçün, məxsusi məlumatlar və aldadıcı materiallar hazırlamaqla, ölkədə, millətlərarası münasibətlərin qurulmasında tolerant, multikultural bir yanaşmanın olması təbliğ edilib və edilir. Lakin, böyük təəssüflə qeyd edirəm ki, ölkə daxilində, məktəbəqədər uşaq müəssisələrdən başlayaraq, ən yüksək təhsil müəssisələrinə qədər, bütün tədris- tərbiyyə mütəxəssislərinin hazırlığı və fəaliyyət təlimatlarından başlayaraq, tədris vasitələrinə qədər hər yerdə millətlərarası ədavət böyük ciddiyyətlə təbliğ edilir!
 Və bizim əsas mövzumuz, və sizlərə çatdırmaq istək-niyyətimiz əsasən bu deyil, təhsildə, Talış xalqına qarşı formalaşdırılmış bu addan (Talış adından) imtina və mənsub olduğum xalqa nifrətin məktəblilərə tarix elmi adı ilə sırınması və assimilyasiyasına gəncliyin zehniyyətini hazırlanmasındandır….
ATİŞ-nın hazırladığı internet-televiziya proqramında peşəkar tarix müəllimi İ.Şükürzadə, ona verilən uyğun suala cavab verərkən bildirdi ki, ölkənin tədris sistemində istifadə edilən bütün tarix kitablarında cəmi, vur-tut bir dəfə Talış adına rast gəlib, o da Talış mahalımdan kənarda olan, Dağlıq Qarabağda vaxtı ilə mövcud olan Talış məlikliyi barədə qeyd olunub…. Lakin, çox böyük təəssüflə dinliyəsi oldum ki, Ələkrəm Hümmətovun adı ilə, Talış xalqının, bu xalqın separatçı olması barədə nifrət yaradan təbliğatı, saxta fakt kimi gəncliyin yaddaşlarına hopdurulması  işi görülür, yeridilir! Ötən əsrin 90-cı illərində, Talış-Muğan mahalında baş verənlərdən məlumatlı olanlar bilirlər ki, o dövrlərdə baş verənlərlə bağlanılaraq həbs edilənlərin hamısının, əsasəndə Ələkrəm Hümmətovun saxta məhkəmə prosseslərində, uydurulan ittihamlarda belə Talış Muğan Muxtar Respublikası barədə hər cür ifadələrin səsləndirilməsinə belə, imkan verilməmişdir.
Bu, bir kənara, heç, nə o vaxt, nə də, sonrakı vaxtlarda edilən rəsmi müraciətlərə, bu günə qədər də, parlament səviyyəsində, müzakirə edilib, cavab verilmədiyi təqdirdə, necə, bizi, Talış xalqını,- separatçı kimi dərsliklərdə göstərə bilərlər?...
 Bu, mən başa düşdüyüm qədər, böyük hüquq pozuntusudur, müəyyən instansiyalara bu haqqda ciddi etiraz müraciətləri olunmalıdır!
 Bu və buna uyğun bütün saxtakarlıqlar, “tolerant ölkədə”, həqiqətən tolerantdırsa, hökmən aradan qaldırılmalıdır!....
 Talış Muğam Muxtar Respublikasının Mühacir hökumətinin, Əmək, sosial təminatlar naziri,
      İntiqam Həmidov.
Category: XƏBƏRLƏR | Views: 600 | Added by: tmmrtalish | Tags: İntiqam Həmidov. | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: