20:44 Türkiyədə azərbaycanlı döyülüb öldürüldü | |
Türkiyədə azərbaycanlı döyülüb öldürüldüTürkiyənin Başakşehir bölgəsində baş verən dava zamanı yaralanan Azərbaycan əsilli Mirzə Xələfov yerləşdirildiyi xəstəxanada 20 gün sonra həyatını itirib. Bu barədə DHA məlumat yayıb. Qarşıdurmada iştirak edən iki şübhəli şəxs barəsində həbs qərarı çıxarılıb. Hadisə 4 yanvarda Başakşehir İkitellidə baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı Mirzə Xələfov və dostu Mahmud T. axşam saatlarında evə gedərkən Əkbər.İ ilə qarşılaşıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Daha sonra Əkbər İ. iki dostunu götürərək Xələfovun və dostunun qarşısını kəsərək evinə girməsinə imkan verməyib. Tərəflər arasında əlbəyaxa dava olub. Davadan sonra xəstəxanaya yerləşdirilən Mirzə Xələfov komaya düşüb. Xəstəxanada 20 gündən sonra Xələfovun həyatını itirdiyi məlum olub. (BAKU.WS) http://www.tolishstan.com/ | |
|
Total comments: 0 | |