21:03
Xalqımızın adını, dilini, adət-ənənələrini qoruyaq.
Xalqımızın adını, dilini, adət-ənənələrini qoruyaq.


Hər bir xalqın adı, dili, tarixi olduğu kimi,
Talış xalqı da, adı, dili və özünə məxsus adətləri ilə qədim bir xalq kimi bu günə qədər gəlib çıxmışdır. Bu gün isə biz Talışların borcudur ki, xalqımızın adını, dilini, tarixini, adət ənənələrini və bunlarla bərabər, alim, ziyalılarımızı , liderlərimizi müdafiəyə edib qoruyub saxlayaq. Yeni tarixlər yazaraq gələcək nəsillərə ötürək. 
Allah hər bir xalqı yaratdığı kimi, bizidə Talış xalqı olaraq yaradıb. 
Düşünək ki, bu Allahın bizə verdiyi bir bölgüdə ayırdığı payıdır. Bu payı dəyərləndirmək üçün biz, xalqın adət-ənənələrini, danışıq dilini, mədəniyyətini necə inkişaf etdirəcəyimiz və həyat tərzimizi necə qurub yaşayacağımız özümüzdən asılıdır. Bizlər bu xalqı birlikdə yaşada da bilərik, yada tam əksinə, ayrılıqda itirədə bilərik. 
Xalqın yaşaması üçün xalqa məxsus nə varsa, mədəniyyəti, adətləri və tarixi abidələrinə qədər hər bir şeyini qorumalıyıq. Bunları qorumasaq, qorumağa cəhd göstərməsək, bilməliyik ki, xalq məhv olub tarixlə bərabər itəcək. Başqa xalqların içində qarışaraq assimilyasiya olacaq. 
Bunları yazmağda məqsədim elə, biz Talış xalqını Türk millətçiləri, saxta tarixləri yazmağla, pantürkist şüarları altında özümüzdə anlamadan artıq çoxdandır türkləşmə siyasətinin qurbanları kimi Türkçülüyə həvəslənib yönələrək Talış olmağımızı unuduruq.
Bununla mübarizədə , bütün Talışları özünə qayıtmağa, Talışın necə mərd və qeyrətli qəhrəman xalq olmaqlarını xatırlamağa, Azərbaycan dilində danışmağla yanaşı, Talış dilini unutmamağa, Talış xalqının yaşaması üçün, birgə olmağa səsləyirəm. 
Bu yazımda məqsədim Türk millətini xoşlamamaq, onlara qarşı nifrət yaratmağ deyil . Azərbaycanda Türküçülər qardaşlıq, dostluq deyirlərsə bizi Türk yox Talış kimi qəbul etməli, başqa xalqlarında hüququn pozmamalıdırlar .
Hər birimiz dilimizin itməməsi üçün, talış dilində danışmalıyıq, fəxr etməliyik ki, öz ana dilimiz var və o dildə danışa bilirik.
Bizdən hörmət gözləyən hərkəs , bu ada və dilə hörmətlə yanaşmalıdırlar və cavab olaraq bizlərdə onların adına, dilinə hörmət etməliyik.
Xalqımızı qorumaq hər birimizin borcu olduğu kimi, başqa xalqlara da, hörmətlə yanaşmağ lazımdır.
Əziz talışlar, biz Talış olduğumuz üçün heçkəsdən üstün və ya əskik deyilik , (başqa xalqlar da, həmçinin) hamımız insanıq. Necəki bütün xalqlar özünü qoruyur, dilini, tarixini, yüksəkdə tutur. Biz Talışlar da öz xalqımıza hörmət qoyaraq hansısa xalqın ayağına atmamalıyıq . Əzilməmək üçün mübarizə aparmalıyıq.
Talışlara parçalanmağa yox, dilimizi, xalqımızı, özümüzlə birlikdə qoruyub cəm olmağı lazımdır. 

Əgər Azərbaycanda yaşayan bütün xalqlara eyni səviyyədə qayğı, diqqət göstərilərsə, ayrı seçkilik edilmədən bütün xalqları qoruyaraq hörmət qoyularsa bu, Azərbaycanın bütövlüyünü, gücünü və mehribançılıqla birliyini təmin etmiş olar.

Zamin Hüseynov
 
Category: XƏBƏRLƏR | Views: 519 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: