12:14
Yafes Türksəs bu dəfə muğam oxuyanları təhqir etdi.


Tanınmış qalmaqallı şair Yafes Türksəs bu dəfə muğam oxuyanların haqqında özünün facebook profilində status paylaşıb. Belə ki, şair muğam oxuyanları da, muğamı dinləyənləri də gerizəkanlı adlandırıb. Yafes Türksəsin özünün facebook hesabında yazdığı paylaşmını Azerbaycanrealligi.com olaraq oxucularımıza təqdim edirik.

"Muğamı bəzən mən də dinləyirəm. Amma muğamın indiki həyat tərzinə uyğun olmadığını da bilirəm. Oxunan qəzəllərin arxivlik olduğunu da bilirəm. Ona görə də xanəndələrin gözünü yumub bütün varlığıyla qışqırmasına həm də istehzayla baxıram. Xanəndələrin hamısının gerizəkalı olmaları da göz qabagındadır. Zamanın fərqini anlamırlar cünkü heç vaxt. Onları bütün varlığıyla dinləyənlər də gerizəkalı adamlardır. Bu adamlar da zamanın, sözün fərqində olmayan adamlardır. Əslində, gerizəkalı olmasalar, ürəkdən, canidildən oxuya da bilməzlər. Muğam oxuyanlar elə bilir, muğam musiqisi möhtəşəm bir simfoniyadır, oxuduqları qəzəllər də, bütün dövrlərin həyat fəlsəfəsidir. Muğam var, sadəcə, elə də arxiv kimi hərdən səslənməlidir. Muğamı inkişaf etdirək deyənlər də gerizəkalı adamlardır. Keçmişin nəyini inkişaf elətdirək, ay gerizəkalılar?"



Azerbaycanrealligi.com
Category: XƏBƏRLƏR | Views: 706 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: