Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib.
Bildirilir ki, Rusin Əhədov bu ilin aprelində Goranboy rayonu, Bərdə korpusuna müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Hadisənin hansı zəmində baş verməsi müəmmalıdır. Cənazənin sabah ailəsinə təhvil veriləcəyi deyilir.
İş günü olmadığından Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.