30.07.2019

Eldaniz Quliyev : Talış mәsәlәsinә özәl baxış...

    Eldaniz Quliyev : Talış mәsәlәsinә özәl baxış...

 

  Kimin nә demәsindәn asılı olmayaraq, ölkәmizdә milli-etnik ayrıseçkiliyin mövcudluğunu inkar etmәk qeyri-mümkündür. Әlbәttә, bu faktın, daha dәqiq desәk problemin varlığı acı tәәssüf hissi doğurur vә cәmiyyәtin münasibәtlәr sistemindә ciddi diskomfort yaradır. 
Zaman-zaman kimlәrsә tәrәfindәn ictimai rәyin müzakirәsinә psevdo-milli vә hәr hansı bir etnik xalqı aşağılayan qәrәzli vә riyakar materiallar sızdırılır. Bilә-bilә ki, heç kim bu materialları (stasuslaı, video-roliklәr, verilişlәr, mәqalәlәri vә s.) çeynәmәdәn udmayacaq!.. Elәcә dә, bilә-bilә ki, edilәn bu sayaq nadürüstlük, son nәticәdә saysız-hesabsız vәtәndaşımızın milli qüruruna toxunacaq... 
Azәri türklәri talışlarla o qәdәr qaynayıb-qarışıb ki, bu BİRLİYİ heç fәlәk dә poza bilmәz. Hәm hәmrәng, hәm dә hәmrәy olmuşuq - vә bu, danılmaz bir faktdır. Bәlkә dә hakimiyyәtin baxış bucağından bu tarixi doğmalıq tamam başqa forma vә mәzmun kәsb edir - belәdirsә, günahı özlәrindә axtarsınlar. Vә әyri güzgülәrin tәsir dairәsindәn nә qәdәr tez uzaqlaşsalar bir o qәdәr yaxşıdır. Artıq bu BİRLİYİ bölüb-parçalamaq qeyri-mümkündür. Niyyәti ayrıcılıq olan atamor düşüncәli müştәbehlәr anlamalı, dәrk etmәlidilәr ki, bu cәhdlәr neqativ yüklüdür vә heç şübhәsiz ki, fәlakәtә aparan tәhlükәli yoldu.