19:08
Eldaniz Quliyev : Talış mәsәlәsinә özәl baxış...

              Eldaniz Quliyev : Talış mәsәlәsinә özәl baxış...

 

  Kimin nә demәsindәn asılı olmayaraq, ölkәmizdә milli-etnik ayrıseçkiliyin mövcudluğunu inkar etmәk qeyri-mümkündür. Әlbәttә, bu faktın, daha dәqiq desәk problemin varlığı acı tәәssüf hissi doğurur vә cәmiyyәtin münasibәtlәr sistemindә ciddi diskomfort yaradır. 
Zaman-zaman kimlәrsә tәrәfindәn ictimai rәyin müzakirәsinә psevdo-milli vә hәr hansı bir etnik xalqı aşağılayan qәrәzli vә riyakar materiallar sızdırılır. Bilә-bilә ki, heç kim bu materialları (stasuslaı, video-roliklәr, verilişlәr, mәqalәlәri vә s.) çeynәmәdәn udmayacaq!.. Elәcә dә, bilә-bilә ki, edilәn bu sayaq nadürüstlük, son nәticәdә saysız-hesabsız vәtәndaşımızın milli qüruruna toxunacaq... 
Azәri türklәri talışlarla o qәdәr qaynayıb-qarışıb ki, bu BİRLİYİ heç fәlәk dә poza bilmәz. Hәm hәmrәng, hәm dә hәmrәy olmuşuq - vә bu, danılmaz bir faktdır. Bәlkә dә hakimiyyәtin baxış bucağından bu tarixi doğmalıq tamam başqa forma vә mәzmun kәsb edir - belәdirsә, günahı özlәrindә axtarsınlar. Vә әyri güzgülәrin tәsir dairәsindәn nә qәdәr tez uzaqlaşsalar bir o qәdәr yaxşıdır. Artıq bu BİRLİYİ bölüb-parçalamaq qeyri-mümkündür. Niyyәti ayrıcılıq olan atamor düşüncәli müştәbehlәr anlamalı, dәrk etmәlidilәr ki, bu cәhdlәr neqativ yüklüdür vә heç şübhәsiz ki, fәlakәtә aparan tәhlükәli yoldu. 
Bizlәr az qala rәngbәrәng xalça iplәri kimi bir-birimizә sarılıb da toxunmuşuq - bu iplәrdәn cәmi bircәciyini çәkib ayırmaq kifayәtdir ki, bütün naxışlar pozulub zay olsun. 
Talış әsilli hәr bir insan türk әsilli hәr bir insanla eyni hüquqa, eyni haqqa malik olmalıdır vә bu balansın pozulmasına qәtiyyәn yol vermәk olmaz. Әks-tәqdirdә, bәrabәrhüquqlu vәtәndaş cәmiyyәti, humanizm, tolerantlıq, multikultral dәyәrlәr vә sair bu kimi tәmtәraqlı iddialar sabun köpüyünә dönәr... 
Sәhv etmirәmsә bu ilin payızında әhalinin siyahıya alınma kompaniyası start götürәcәk. Mәncә bu bir fürsәtdi. Azərbaycanda milli-etnik məsələ ilə bağlı problemi sivil formada həll etmək üçün bu fürsətdən yararlanmalıyıq. Xüsusən bu məsələdə əsas məsuliyyəti ölkənin ziyalılı kәsimi təşəbbüsü öz üzərinə götürməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşıyıq, demәli, hamımız AZƏRBAYCANLIyıq. Milli-etnik mənsubiyyətin (türk, talış, ləzgi və s.) müxtəlifliyindәn kimsә qorxultmalı deyil, əksinə, bu məsələdən Azərbaycanın xeyrinə istifadə edilmәlidir. Düşünürәm ki, qarşıdakı siyahıalmada cәmi əhalinin milli-etnik tərkibi haqqında real mənzərəni obyektiv şәkildә ortaya qoymalıyıq. Burada nә qәbahәt var vә etnik müxtәliflik ölkә siyasәtinin prioritet istiqamәtlәrindәn sayılaraq pozitivi hal kimi dәyәrlәndirilsә nә itiririk ki?.. 
Әgәr hәqiqәtәn Ana Yasamızda tәsbit edilәn kimi, Demokratik, unitar bir respublikayıqsa, onda, mәmlәkәtimizdә yaşayan milli-etnik xalqların hamısına dәyәr vermәli vә onlara böyük hörmәt vә qayğı ilә yanaşmalıyıq. Onların ümumqəbul edilən milliözünu ifadə haqlarına (qəzet, radio, televiziya, ana dilində təhsil və s.) dövlət təminatı verilməlidir. 
Bütün bunlarla biz, Vәtәnimizin, Dövlәtimizin ünvanına sәslәnәn bәzi xoşagәlmәz iradlara tutarlı cavab vermiş olarıq. Digər tərəfdən isə yalnız bu sayaq yanaşma ilә Azərbaycanda azad vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna sürətli keçidi təmin edә bilərik. 
Bir daha xatırladım: dünyada xalça naxışından gözәl nә ola bilәr ki!
 

P.s. 1.- Münasibәt bildirәn dostlar deyilәnlәrin çox hәssas vә kövrәk mәsәlә olduğunu unutmasınlar;

2.- Separatçılıq toxumlarının seleksiyası ilә mәşğul olan bәdniyyәt "aqronomlar" rәy bildirmәsәlәr yaxşıdır.

tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 610 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: