17.07.2019

Astara rayonunun Dürriyə kənd sakini Lovayın su anbarında boğulub

Astara rayonunun Dürriyə kənd sakini Lovayın su anbarında boğulub


  

Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən Lovayın su anbarında boğulma hadisəsi qeydə alınıb.

Rayonun Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub.

Onun qohumlarının dediklərinə görə, həyat yoldaşı ilə İran İslam Respublikasına getmək istəyən A.Məmmədova ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına gedib.

17.07.2019

Vəkil: “İndi də AİHM-dən göndərilən məktublar yoxa çıxmağa başlayıb”

Vəkil: “İndi də AİHM-dən göndərilən məktublar yoxa çıxmağa başlayıb”

Artıq nəinki Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedən, hətta oradan göndərilən məktublar da “Azərpoçt”da yoxa çıxır. Bunu Turan-a vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, ona ünvanlanmış ikinci məktub da gəlib çatmayıb.

“Avropa məhkəməsindən təsdiqlədilər ki, göndərdikləri sənədlər ünvana çatmayıb”, – vəkil deyib

17.07.2019

Baş nazir “Keşikçidağ”dakı olaydan danışdı:“Təəssüfedici insident baş verib…”

Baş nazir “Keşikçidağ”dakı olaydan danışdı:“Təəssüfedici insident baş verib…”

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək”.

Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumət iclasından öncə keçirdiyi brifinqdə bildirib.

17.07.2019

Dənizi hasarlayanlara yüksək məbləğdə cərimə tətbiq ediləcək

Dənizi hasarlayanlara yüksək məbləğdə cərimə tətbiq ediləcək

 

 

Xezer ceper - hasar

Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarəti daha da gücləndirir.

“Report” xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar olaraq Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb.