27.07.2019

Əyri yolla düz yola çıxılmaz, yalançı keçmişlə doğruçu gələcək qurulmaz  Talış diyarı tarixi Azərbaycan ölkəsinin Xəzər dənizinin cənub-şər

Əyri yolla düz yola çıxılmaz, yalançı keçmişlə doğruçu gələcək qurulmaz 


Talış diyarı tarixi Azərbaycan ölkəsinin Xəzər dənizinin cənub-şərq sahilinə düşən hissəsində yerləşən, Talış dağları, Lənkəran ovalığı və Cənubi Muğan düzündən ibarət tarixi-coğrafi bölgəsidir. Hələ ərəb tarixçiləri buranı ya Talış, ya Muğan kimi tanıyıblar. Heredot zamanında isə bu ərazi Kaspiana ölkəsinin bir parçası olub. İndi Talışın bir hissəsi İran İslam Respublikasının şimalına, bir hissəsi isə Azərbaycan Respublikasının cənub-şərqinə düşür. 
27.07.2019

Lənkərandakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Lənkərandakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

 

Dünən Lənkəranda mikroavtobusun iştirakı ilə baş verən qəzanın görüntüləri yayılıb. 

27.07.2019

Azərbaycanlı iş adamı İstanbulda güllələndi

Azərbaycanlı iş adamı İstanbulda güllələndi 




 

İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı tapançadan açılan atəş nəticəsində yaralanıb.

Azərbaycanlı iş adamı ailə üzvləri ilə axşam saatlarında evə qayıdarkən, yaşadığı binanın qarşısında silahlı hücuma məruz qalıb.

Məlumata görə, iş adamı naməlum şəxslərin açdığı 4 atəş nəticəsində ayağından güllə yarası alıb. Yaralı iş adamı dərhal xəstəxanaya çatdırılıb. Araşdırmalarımız nəticəsində İstanbulda yaralanan şəxsin iş adamı Rasim Babayev olduğu müəyyən edilib.