04.02.2019

Hakimiyyət daxili savaş – Kəmaləddin Heydərov-Vasif Talıbov savaşı pik həddə

Qüdrət Həsənquliyev: “Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, məni Naxçıvanın “daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyatı olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər” 

Azərbaycan siyasətində mənəvi dəyərlərin sürətlə aşındığı, “əxlaqlı mübarizə” anlayışının, demək olar ki, aradan qalxdığı bir zamandan keçirik. Söyüş, təhqir, hətta fiziki hesablaşmalara çağırışlar günümüzün ən adi reallıqlarına çevrilib. Bəs, siyasətdə belə yaramaz bir mühitin formalaşması Azərbaycana nə vəd edir?
“AzPolitika” saytının əməkdaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu mövzuda qısa söhbət edib.
04.02.2019

Qurban  Məmmədov  agentdir! Eldəniz Quliyev

Qurban  Məmmədov  agentdir!

Bir zamanlar şeytanın ayağı yalın idi...
Və o, özünə bir cüt  keyfiyyətli  papış axtarırdı. Çox axtarıb-arayandan sonra papış tikən ustaların içərisindən “ala itdən məhşur” olan Qurban kişini seçdi. Əsində, Qurban heç  kişi-zad da deyildi, yəni  kişiliyini, kişiliyi ilə  birgə abır-həyasını da  çoxdan salıb itirmişdi...
Əlqərəz, şeytan gördü ki, papış ustalarının arasında ən məhşuru elə Qurbandı ki var...  Burada qeyd edək ki, “gördü” deyəndə, şeytanın gözü  görmürdü. Şeytan kor idi. Sadəcə, bilirdi ki, Qurbanın “qan daman” sir-sifəti və nurunu kin-kudurətlə əvəz eləmiş bərələ gözləri, eləcə də ləyaqətli insanlara qarşı aşıb-daşan hikkə və nifrəti  çox  əlverişli bir materialdı.