05.02.2019

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu



Bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

Yeraltı təkan Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.
05.02.2019

Imprisoned ‘Muslim Unity’ leaders start hunger strike in protest against alleged torture

The head of the Muslim Unity movement, Taleh Bagirzade, and his deputy, Abbas Huseynov, have started a hunger strike in protest against their alleged mistreatment in jail. Both men are currently serving a 20-year prison sentence after being convicted of planning to overthrow the government and inciting ethnic and religious hatred in the country’s high-profile and controversial Nardaran case.  
05.02.2019

Qurban  Məmmədov  agentdir! Eldəniz Quliyev

Qurban  Məmmədov  agentdir!

Bir zamanlar şeytanın ayağı yalın idi...
Və o, özünə bir cüt  keyfiyyətli  papış axtarırdı. Çox axtarıb-arayandan sonra papış tikən ustaların içərisindən “ala itdən məhşur” olan Qurban kişini seçdi. Əsində, Qurban heç  kişi-zad da deyildi, yəni  kişiliyini, kişiliyi ilə  birgə abır-həyasını da  çoxdan salıb itirmişdi...
Əlqərəz, şeytan gördü ki, papış ustalarının arasında ən məhşuru elə Qurbandı ki var...  Burada qeyd edək ki, “gördü” deyəndə, şeytanın gözü  görmürdü. Şeytan kor idi. Sadəcə, bilirdi ki, Qurbanın “qan daman” sir-sifəti və nurunu kin-kudurətlə əvəz eləmiş bərələ gözləri, eləcə də ləyaqətli insanlara qarşı aşıb-daşan hikkə və nifrəti  çox  əlverişli bir materialdı.
05.02.2019

Azərbaycana qayıtmaq istəməyən 7 uşaq atası damarını doğrayıb

Azərbaycana qayıtmaq istəməyən 7 uşaq atası damarını doğrayıb

Azərbaycana qayıtmaq istəməyən 7 uşaq atası damarını doğrayıb
Həyat yoldaşı: ''İlham Əliyev yaxşı dövlət başçısı olsa, milləti pərən-pərən düşməz''
 
Fevralın 4-ü, gecə saatlarında 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb.
 
"Azlegat.com” bildirir ki, nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə həmin ailələr səhər saat 7 radələrində yenidən öz yaşayış yerlərinə qaytarılıblar. Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən biri və ya ikisi evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmayıb.
05.02.2019

Azərbaycan Respublikası Prezident aparatının (Əli Həsənovun) səbri çatmadı (Orduxan AND rəhbərliyinin gözü qarşısında niyə döyüldü)

Azərbaycan Respublikası Prezident aparatının (Əli Həsənovun) səbri çatmadı, dözmədi, açdı kartlarını, Orduxanın özünkü olduğunu, onu heç vaxt müdafiəsis qoymayacağını, Talış Mühacir hökümətinin fəaliyyətinə etinasız olmadığını qəzəb, böhtan və öz xislət-xasiyyətlərinə uyğun şər-şəbədə ilə buruzə verdi! Yəqin ki digər sayt və ixtiyarında olan mətbu orqanlarına da hücum (faş) komandası verilib! Gözləyirdik.....
 
1064 0 XƏBƏRLƏR
05.02.2019

Taleh Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasına başlayıblar

''Təzyiqlərə həbsxananın rəisi şəxsən rəhbərlik edir''

Qobustan həbsxanasında saxlanılan “Müsəlman Birliyi” təşkilatının təmsilçiləri Taleh Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasına başlayıblar.

Məlumatı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur yayıb.

O, Abbas Hüseynin ailəsi ilə əlaqə saxladığını deyib:

04.02.2019

CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! – ADY QSC-yə qarşı ŞOK məhkəmə işi başlayıb

2-82

Beynəlxalq aləmdə Azərbaycan dövlətinin etibarını zədələyəcək, xarici şirkətlərin Bakı ilə ticari münasibətlərdə daha ehtiyatlı mövqe tutmasına səbəb olacaq qalmaqallı məhkəmə prosesi başlayıb. Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Şirkətin iddiasına eyni zamanda Latviya Arbitraj Məhkəməsində də baxılacaq. Bəs iddia nədən ibarətdir?

“AzPolitika.info” saytına verilən məlumatlardan və təqdim olunan sənədlərdən belə məlum olur ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar. Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Bu müqavilənin sonradan tərəflər arasında niyə məhkəmə çəkişməsinə səbəb olduğuna keçməzdən əvvəl diqqətimizi cəlb edən maraqlı bir detalı qeyd etməyi lazım bilirik. Belə ki, Cavid Qurbanov Latviya şirkəti ilə bu müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinat aldıqdan (9 fevral 2015-ci il) cəmi 3 həftə sonra imzalayıb.