24.02.2019

Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan haqları komisiyasına

                        Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan haqları komisiyasına,

                                Avropa Şurasının Parlament Asambeliyasına,

                                ATƏT-in Demokratik təsisatlar və İnsan haqları komisiyasına


                                                                                  M Ü R A C İ Ə T:

   Talış xalqı, bütün dünyada dövlətlər arasında (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) sərhədlərlə ikiyə bölünmüş xalqlardan biridir...
 Yaşamına əməli imkan verilməsə də, 1993-cü ildə, şimali Talışstanda, Talış xalqının təsis Məclisinin elan etdiyi Talış Muğan Muxtar Respublikasının hüquqi zəmində varlığına, Azərbaycan Respublikasının Dövlət orqanları əsaslı şəkildə ləğvinə, Beynəlxalq normalarla əsaslandırılan qərar verə bilməmişdir...
23.02.2019

"Ailədə 2 nəfər işləyəndə, iki yerdə çalışanda 180 manatla dolanmaq olar" - Hadi Rəcəbli

"Ailədə 2 nəfər işləyəndə, iki yerdə çalışanda 180 manatla dolanmaq olar" - Hadi Rəcəbli

7News.Az xəbər verir ki, bu fikirləri REAL TV-yə müsahibəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.
 
Komitə sədri deyib ki, Azərbaycanda minumum əmək haqqı 50 manat artırlıb:
 
"Məgər bu azdırmı? Biz bütövlükdə müzakirə edəndə onunla mən də razıyam ki, tələbatla təminat düz mütanasibdir. İnsan təmin oluna-oluna onun təlabatı da artır. Bunu heç vaxt biz qınamamalıyıq. Mənə sual verə bilərlər ki, Hadi müəllim, insan 180 manatla dolana bilərmi? Əlbəttə ki, çətin olar. Ancaq ailədə 2 nəfər işləyəndə, adam iki yerdə çalışanda dolanmaq olar. Doğrudur, burada çətinliklər var və biz də onu qəbul edirik. Amma bu o demək deyil ki, sən əvvəlkini yaddan çıxarmalısan.