“Son illərdə təkcə məmurlar deyil, iş adamları da Azərbaycandan pullarını çıxarırlar. Yəni, mövcud sistem heç kimin puluna zəmanət vermir. Hər kəs, istər oğurluqla, istər soyğunçuluqla, istər min bir fırıldaqla, lap elə zəhmətlə əldə etdiyi sərvətə etibarlı yer axtarır”.
“AzPolitika.info” xəbər verir ki, bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin“facebook”da paylaşdığı yeni yazısından götürülüb.