SON DƏQİQƏ: Lənkəranda partlayış: Ölən və yaralanan varLənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb. Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib. Ekologiya Nazirliyinin vəzifəli şəxsləri Lerikdə meşə torpağını satır (ŞİKAYƏT)“2019-cu ildə yenicə təmir olunan Lənkəran-Lerik yolununun 20-ci kilometrliyində meşə torpağı qanunsuz olaraq satılır. Kənd sakinləri olaraq dəfələrlə buna mane olmağa çalışsaq da Şahin Cəfərov və Rəfail Tahirov meşə torpağını satmaqda davam edirlər. Bu gündə əraziyə gələrək, meşə torpağını çınqıl kimi satmaqda davam edirlər. Bu isə yenicə təmir olunan Lənkəran – Lerik yolu təhlükə deməkdir. Yolun sürüşməsinə gətirib çıxarda bilər”.
Lənkəranda "DOST"-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb - SİYAHILənkəranda "DOST" Mərkəzinin maaş kartlarının vəzifəli şəxslərin qohumlarının adlarına yazılması barədə daha bir məlumat yayılıb.
Qedim.az Qlobal.az-a istinadən xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Taleh Qaraşovun Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, "LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırdığını qeyd edən jurnalist daha bir ilginc fakta toxunub: "Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı, 1954-cü il təvəllüdlü Xanbaba Babayevin oğludur". |