YUYULMUŞ BEYİNLƏR SİLSİLƏSİNDƏNBəlkə yalandır, bəlkə düz demirəm !? Bəlkə sabah ölkə Prezidenti desə ki, mən Talışlara Muxtariyyət verirəm , bu hamınızın ürəyindən olmazmı, buna görə hətta Prezidentə sədaqət andı içməzsinizmi !? Yoxsa deyəcəksiniz yox cənab Prezident bizə Muxtariyyət lazım deyil bu rəzil həyat ürəyimizcədir !? Bax sizləri anlaya bilmirəm mən ... Ələkrəm Hümmətova görə Talışlar gözümçıxdıdadır , Ələkrəm Hümmətova görə Lənkərana baxılmır, Ələkrəm Hümmətov Ermənistana getdi Talışlara ləkə vurdu və s., və ilaxır !!! Nə Ələkrəmmiş İlahi ??? Xəbəriniz var ki, belə rəzil bəhanə ilə özünüz didiklərinizi təkzib edirsiniz !? Deyilənlərə inansaq Talışların əksəriyyəti Ələkrəmi qəbul etmir, ona Talışların üz qarası deyir ..
Buna nə ad qoyaq - Dərəbəyilik, İrtica, ya Faşizm?Əldə etdiyimiz məlumata görə siyasi baxışlarına görə şərlənərək həbs edilmiş Fəxrəddin Abbasov(Əboszodə) haqqında artıq qəti qərar verilmişdir:- Fəxrəddin Abbasov artıq 11 saylı ciddi rejimli həbsxanada saxlanılacaq!
Haqqında qeyri-adekvat, 16 il məhkum edilmə qərarı verilməsi bir yana, istintaq və məhkəmə dövründə hüquqlarının kobud şəkildə pozulması bir yana, indinin özündə də F. Abbasova qarşı mürtəce addımlar davam etməkdədir! Belə ki, bu ilin fevral ayının 25-də məhkəmə qərarından apelyasiya şikayəti verilsə də indiyə qədər nə apelyasiya şikayətinin qeydə alınması, nə də şikayətə baxılma vaxtı barədə F. Abbasova və yaxınlarına heç bir xəbər verilməmişdir! |