00:00 Buna nə ad qoyaq - Dərəbəyilik, İrtica, ya Faşizm? | |
Buna nə ad qoyaq - Dərəbəyilik, İrtica, ya Faşizm?... Əldə etdiyimiz məlumata görə siyasi baxışlarına görə şərlənərək həbs edilmiş Fəxrəddin Abbasov(Əboszodə) haqqında artıq qəti qərar verilmişdir:- Fəxrəddin Abbasov artıq 11 saylı ciddi rejimli həbsxanada saxlanılacaq! Haqqında qeyri-adekvat, 16 il məhkum edilmə qərarı verilməsi bir yana, istintaq və məhkəmə dövründə hüquqlarının kobud şəkildə pozulması bir yana, indinin özündə də F. Abbasova qarşı mürtəce addımlar davam etməkdədir! Belə ki, bu ilin fevral ayının 25-də məhkəmə qərarından apelyasiya şikayəti verilsə də indiyə qədər nə apelyasiya şikayətinin qeydə alınması, nə də şikayətə baxılma vaxtı barədə F. Abbasova və yaxınlarına heç bir xəbər verilməmişdir! Lakin məhkəmə qərarı qüvvəyə minmədən F. Abbasov cəzaçəkmə müəssisəsinə qanunsuz olaraq köçürülmüşdür və hələ də təkadamlıq cəza otağında saxlanır! Buradan belə qənaətə gəlmək olur ki, ya apelyasiya şikayəti qeydə alınmadan , apelyasiya şikayətinin ötməsi barədə qərar verilmişdir, ya da F.Abbasovun özünün iştirakı olmadan məhkəmə keçirilib və qərar verilib! Aldığımız məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu rəsmi təsdiqləmək də müşkülə çevrilib, belə ki, məhkəmə saytlarında F.Abbasovun işinə dair sənədlər yerləşdirilmir, baxmayaraq məhkəmənin qismən qapalı keçirilməsi barə də qərar verilmişdi! Bu ölkədə Haqqa, Ədalətə xidmət edən bir insan varmı? Vəkillik institutu tamamilə məhv edilərək yaltaq, qorxaq və satqın bir insan yığınına çevirmişdir! Aralarında az-çox ləyaqəti olanlar, və ya ləyaqətini qorumağa səy göstərənlər varsa, onları da sındırılar! Nəticədə ləyaqət və insanlıqlarını sataraq həmən vəkillər ailələrinə "çörək pulu" qazanırlar. Bəs olar bu cür şərəfli, ləyaqətli övladlar böyüdüb tərbiyə edə bilərlərmi? "Demokratik müxalifət", "Azad, müstəqil QHT-lər" də iki yerə bölünüb, bir qismi Fəxrəddin Abbasovun hüquqlarını(qeyd:-Hüquqlarını, İdeyalarını yox !) qorumaqdan qəti imtina edərək hakimiyyətlə həmrəylik nümayiş etdirir, digər qismi isə Susqunluq nümayiş etdirir, məsələni görməzdən gəlir( "Məndən ötsün, qonşuya-qardaşıma dəysin!" "Təki qrantıma dəyməsin!") Bu gün 28 May Cümhuriyyət günüdür! Cümhuriyyət sözündə "Hürriyyət" sözü var! Budurmu "Hürriyyət", budurmu " Azadlıq"? Ya bunlar ölkədə yaşayan yalnız bir xalq üçün nəzərdə tutulub? Cənablar açığını deyin hamı bilsin! Cənablar bunun adını siz deyin: - Dərəbəyilik, İrtica, ya Faşizm? Talış Milli Hərəkatı . | |
|
Total comments: 0 | |