Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin İnsan hüquqlarının müdafiə komisiyasının birgə4 iyun tarixində, Internet televiziya media kanallarının birində, xəbər yayımlandı ki, 1 saylı Kürdəxanı istintaq təcridxanasında saxlanılan, milliyətcə talış, siyasi bloger Elvin İsayev vəhşicəsinə döyulmuşdur! Xatırladaq ki, 5 aylıq müxtəlif qaydalarda çəkişmələrdən sonra, nəhayət ki, məhkəmə qərarı ilə Elvin İsayev qohumları tərəfindən müqavilə bağlanmış vəkil Qanqa İbrahimova, onun müdafiə etməsinə razılıq verilmişdir. Bu razılaşma Q. İbrahimov tərəfindən məhkəmə dartışması nəticəsində yalnız 3-cü cəhddən sonra, əldə edilmişdir! 5 iyun tarixində Elvin İsayevin həbsdə saxlanma müddətinin artırılması ilə bağlı məhkəmə baxışı təyin edilmişdi. Məhkəmənin başlanmasına 10 dəqiqə qalmış, Elvin İsayevin vəkili Q. İbrahimova, bilavasitə, Nəsimi rayon məhkəmə binası qarşısında, müstəntiq tərəfindən bildirilmişdi ki, prosesdə Elvinin dövlət tərəfindən təyin edilmiş, Elvin İsayev tərəfindən müdafiəsindən
|