Millət vəkili Millətin vəkili olmalıdır! Olmadılar!Seçki qabağı vədlər verməklə, nənələri öpməklə xalqın qarşısında öz vəzifəsini yetiririlmiş bu zümrə artıq çoxdan xalqın yanında deyil, xalqın çiyinlərin oturaraq "hakimiyyətin bir qoluna" çevrilib! (Hərçənd bu ayrı söhbətin mövzusudur, bu söhbətə sonra qayıdarıq.)
Azərbaycan cəmiyyətində artıq "vəkillik institutu" deyilən bir zümrə yetişmişdir! Bu zümrə isə xalqın çiyinlərində deyil, ciblərindədir! Bu zümrə xalqın bədbəxtliyi üzərində öz dolanışığını, ailəsinin yaşayışını quran bir insan yığınına çevrilmişlər! Bu dolanışıq və yaşayış qurmaq həvəsi onları hakimlərlə müştəri arasında dəllal səviyyəsinə endirmişdir! |