Fəxrəddin Abbasov(Əboszodə) 2002-2004-cü illərdə Sankt-Peterburq şəhərində də4c olunan "ТОЛЫШ" qəzetinin baş redaktoru olmuşdur!Bildiyiniz kimi 1993-95-ci illərdə bir çox talış fəalları təqib və həbslərə məruz qalmamaq üçün, mühacirətə getmək zorunda qaldılar!
Fəxrəddin Abbasov(Əboszodə) 1995-ci ilin may ayında Moskva şəhərində doktorluq dissertasiyası ilə əlaqədar elmi ezamiyyətdə olarkən, həmin ilin avqustundan sonra (1994-cü ilin 22 sentyabrında MTH təcridxanasından bir neçə məhbusla qaçmış Ələkrəm Hümmətov 1995-ci ilin 3 avqustunda ikinci dəfə həbs edildi), talış fəallarının təqib və həbslərinin ikinci dalğası başlandı. 1993/95-ci illərdə BDU-da işləyərkən "Tolışi Sədo" qəzetinə baş redaktorluq etməklə yanaşı 1993-cü il "TMMR elan edilməsi ilə həbs olunanların" müdafiə komitəsinin işində fəal iştirak edir, məqalələr yazırdı! |