Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!!İyun ayının 2-də Xural tv-də keçmiş baş nazir Pənah Hüseynovla geniş müsahibə yayımlandı. Söhbət 4 iyun 1993-cü il hadisələrinə, daha doğrusu həmin hadisələrin hansı nəticələrə gətirdiyinə həsr edilmişdi! Verilişdə danışılanlar üzərində çox qalmaq fikrində deyilik( İnsafən desək müsahibədə söylənilən bir çox məqamlara, xüsusən indiki iqtidarın fəaliyyəti ilə bağlı haqlı tənqidi fikirlərə etiraz etmək olmur.)
Bizim diqqətimizi çəkən digər gizli məqamlar, etiraflar oldu! 5 iyun 1993-cü il ABŞ prezidenti B.Klintonun prezident Ə.Eçibəyə göndərdiyi dəstək məktubundakı bir məqam diqqətimizi xüsusi ilə cəlb etdi! B.Klinton Ə.Elçibəyə "Azərbaycan ərazisindən keçərək Ermənistana( yəqin ki, eləcə də Dağlıq Qarabağa) gedən humanitar yardıma görə minnətdarlıq" edir! |