14:51
Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!!
Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!!
Talış xalqına AZADLIQ!!!
         Azərbaycan reallığı!
          İkili standart!
İyun ayının 2-də Xural tv-də keçmiş baş nazir Pənah Hüseynovla geniş müsahibə yayımlandı. Söhbət 4 iyun 1993-cü il hadisələrinə, daha doğrusu həmin hadisələrin hansı nəticələrə gətirdiyinə həsr edilmişdi! Verilişdə danışılanlar üzərində çox qalmaq fikrində deyilik( İnsafən desək müsahibədə söylənilən bir çox məqamlara, xüsusən indiki iqtidarın fəaliyyəti ilə bağlı haqlı tənqidi fikirlərə etiraz etmək olmur.)
Bizim diqqətimizi çəkən digər gizli məqamlar, etiraflar oldu!
5 iyun 1993-cü il ABŞ prezidenti B.Klintonun prezident Ə.Eçibəyə göndərdiyi dəstək məktubundakı bir məqam diqqətimizi xüsusi ilə cəlb etdi! B.Klinton Ə.Elçibəyə "Azərbaycan ərazisindən keçərək Ermənistana( yəqin ki, eləcə də Dağlıq Qarabağa) gedən humanitar yardıma görə minnətdarlıq" edir!
Pənah bəy bu hərəkəti ictimaiyyətə böyük uğur, nailiyyət kimi təqdim edir. Yaxşı olardı ki, Pənah bəy həmin "Humanitar yardım" karvanında Kimlərin və Nələrin Ermənistana ötürüldüyündən danışaydı!
Diqqətimizi çəkən digər məqam isə Pənah bəyin və başqa dövlət rəsmilərinin Ermənistan tərəfi ilə keçirdikləri "gizli görüşlərdən" danışması idi! Yenə də Pənah bəy həmin görüşlərin mövzularından ötəri danışmaqla kifayətlənir!
Bunları qeyd etməkdə əsas məqsədimiz ondan ibarətdir ki, bütün dövrlərdə istər Azərbaycanın dövlət rəsmiləri, istərsə də QHT-lər, jurnalistlər, müxalifət yetkinliləri daim erməni tərəfi ilə aşkar və gizli əməkdaşlıq etmişlər!
25 oktyabr 1992-ci tarixində 704 saylı Lənkəran batalyonunun talış balaları komandirləri polkovnik Mikayıl Hacıyev başda olmaqla Susuz dağı ələ keçirərək Laçın koridorunu 2 həftə nəzarətdə saxlamışlar.
Bir gün sonra MN baş qərargah rəisi Nurəddin Sadıqov Susuz dağa gələrək M.Hacıyevdən əldə edilən mövqeləri tərk  etməyi əmr etmişdir. (Tələb yerinə yetirilməmiş, arxadan yardım dayandırılmış, nəticə də 704 saylı batalyon mövqelərdən geri çəkilmək məcburiyyətində qalmışdır.)
Cənablar, siz deyin, N.Sadıqovun geri çəkilmək əmri həmin gizli görüşlərin və danışıqların nəticəsi deyildimi?!
Diqqətimizi çəkən digər məqam isə Pənah bəyin A.Volskinin bağında David Şahnazaryan və başqa ermənilərlə keçirdiyi gizli görüşlər və danışıqlar oldu. Özüdə bir neçə dəfə!
Rusiyadan oğurlanaraq Azərbaycana gətirilmiş Fəxrəddin Əboszodə isə elə həmin D.Şahnazaryala 2-3 dəfə video görüntülü danışmış, real həyatdasa heç görüşməmişdir. Lakin F.Əboszodə heç bir dəlil-sübut olmadan, necə deyərlər şahidsiz, sübutsuz şərlənərək barəsində
274-cü maddə ilə 16 il vəhşi bir cəza ilə məhkum edilmişdir!
Cənablar, buna nə ad vermək olar? Bu İKİLİ STANDART deyilmi?




Talış Milli Hərəkəti .
 
Category: XƏBƏRLƏR | Views: 609 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: