10:05 Millət vəkili Millətin vəkili olmalıdır! Olmadılar! | |
Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!! Talış xalqına AZADLIQ!?? Azərbaycan reallığı! Millət vəkili Millətin vəkili olmalıdır! Olmadılar! Seçki qabağı vədlər verməklə, nənələri öpməklə xalqın qarşısında öz vəzifəsini yetiririlmiş bu zümrə artıq çoxdan xalqın yanında deyil, xalqın çiyinlərin oturaraq "hakimiyyətin bir qoluna" çevrilib! (Hərçənd bu ayrı söhbətin mövzusudur, bu söhbətə sonra qayıdarıq.) Azərbaycan cəmiyyətində artıq "vəkillik institutu" deyilən bir zümrə yetişmişdir! Bu zümrə isə xalqın çiyinlərində deyil, ciblərindədir! Bu zümrə xalqın bədbəxtliyi üzərində öz dolanışığını, ailəsinin yaşayışını quran bir insan yığınına çevrilmişlər! Bu dolanışıq və yaşayış qurmaq həvəsi onları hakimlərlə müştəri arasında dəllal səviyyəsinə endirmişdir! "İnsan yığını" deyən də, artıq onlara heç insan deməyə də dilimiz gəlmir! "İnsanlıq institutu" da çoxdan sıradan çıxmaq təhlükəsi ilə üz-üzədir! Xüsusən siyasi məhbuslarla bağlı sifarişli işlərdə bu zümrə tamamilə insan cildindən çıxırlar, qabaqcadan perspektivsiz olan belə sifarişli işlərdə hakimiyyətlə müştəri arasında dəllallıq edirlər, görmədikləri və ya görə bilmədikləri işlər üçün qonorar istəyirlər, özüdə yüksək qonorar! Bəla orasındadır ki, hətta bu yüksək qonorar müqabilində də həmişə sifarişçinin-hakimiyyətin mövqeyindən çıxış edərək müştərilərinə xəyanət edirlər! Ailələrinin dolanışığı və yaşamı üçün pul qazanırlar! Aralarında az-çox vicdanlı, şərəfini qorumaq istəyən və imanlı olanlar varsa da(buna şübhəmiz yoxdur), onlar da özlərini "yandırmaq" istəmirlər, "məndən keçsin, qardaşıma, millətimə dəysin" prinsipi ilə prinsipsiz yaşamağa üstünlük verirlər! Vicdan da, Şərəf də, İman da şübhə altına düşür!... Bir deyim var - "Balıq başdan iyləyər!" Bu balığın-zümrənin BAŞI vəkillər kollegiyasının rəhbəri Anar Bağırovdur! Talış Milli Hərəkatı . | |
|
Total comments: 0 | |