08:26 Azərbaycanda nə baş verir ? | |
Azərbaycanda nə baş verir ? Fəxrəddin Abbasova (Əboszodə) AZADLIQ!!! Elvin İsayevə AZADLIQ!!! Talış xalqına qarşı təqiblərə SON!!! İyun ayının ilk istirahət günləri tətbiq edilmiş sərt karantin rejimi ilə əlaqədar, Azərbaycan polisinin keçirdiyi "Yasamal əməliyyatı" haqqında sosial şəbəkələrdə və mətbuatda çoxlu sayda video materiallar yayımlandı! Azərbaycan polisinin keçirdiyi "müzəffər yürüş" xalqın haqlı hiddəti və nifrəti ilə qarşılandı! Möhtərəm həmvətənlər, bu "şərəfli" polisimizin(oxu: hakimiyyətin) aşkar, göz qabağında, video çəkilişlərlə, şahidlərin yanında öz xalqına qarşı göstərdiyi zorakılıq və vəhşiliklərdir! Təsəvvür edin, şərəfini itirmiş həmin insanlar şahidsizlik şəraitində keçirdikləri "əməliyyatlar" zamanı hansı vəhşilikləri törədirlər?... Belə ki, Nardaran, Gəncə, Tərtər hadisələrini yadınıza salın və vəhşiliklərin miqyasını təsəvvür edin!... Belə olduqda, həbsxanalarda qapalı şəraitdə saxlanan adamlara qarşı bu insanların ( əgər onlara insan demək olarsa) vəhşiliklərini təsəvvür etmək çətin olmaz! Fəxrəddin Abbasov (Əboszodə) və Elvin İsayev də uzun müddətdir ki, kənar aləmdən tam təcrid olunmuşlar. F.Abbasovun apelyasiya şikayətinə baxılmadan o həbsxanaya köçürülmüş, yaxınları ilə telefon əlaqəsinə və görüşlərə qeyri-rəsmi qadağalar qoyulmuşdur! Elvin İsayevə 6 ay müddətində qohumları tərəfindən müqavilə əsasında tutulmuş vəkilləri və qohumları ilə görüşməyə qadağalar qoyulmuşdur. Hakimiyyət tərəfindən təhkim edilən vəkillərdən yazılı, şifahi imtinasına əhəmiyyət verilmədən, iyunun 5-də keçirilmiş məhkəmə iclasına həmin vəkillərdən biri dəvət edilmiş, həqiqi vəkili isə buraxılmamışdır!... Bütün bunlar ciddi qanun pozuntularıdır! Azərbaycan reallığında bu qanunsuzluqlar uzun illərdir davam edir- "Maski-Şou"! Bu Azərbaycan reallığıdır! F.Abbasova (Əboszodə) və E. İsayevə AZADLIQ!!! Talış xalqının yaşam HAQQINA HÖRMƏT və AZADLIQ!!! Talış Milli Hərəkatı. | |
|
Total comments: 0 | |