12:46 Azərbaycanda özünə demokrat deyənlər Talışın haqını tanımır . | |
Azərbaycanda özünə demokrat deyənlər Talışın haqını tanımır . Salam dəyərli dostlar, hörmətli həmvətənlərimiz! Bildiyiniz kimi, bu yaxınlarda "xəzər tv https://youtu.be/ytke1HA3MIA " və mövcud AR-ı hökumətinə aid bəzi saytlar(https://www.aznews.az/news/investigation/210505.html) .(http://azxeber.com/az/orduxan-and-rehberliyinin-gzu-qarsisinda-niye-dyuldu/) (http://www.movqe.az/news/siyaset/129063.html) və s, bu yaxın günlərdə , Talış Muğan Muxtar Resbublikasının mühacirətdə olan Hökumətinin dalınca olmayan və misli görünməmiş yalan və iftiralar danışmışdı. İşlətdikləri ifadələr, adətən Azərbaycan iqtidarına qarşı çıxanların ünvanına mütəmadi deyilir: "Ermənistan agenti , Irana işləyir , Qərb maliyyələşdirir , Ermənilər maliyyələşdirir” və s. və i.a. Bu gün nə baş verir? Əgər eyni epitetlərlə TMMR və özünü hazırkı iqtidara müxalifət sayanların ünvanına ittiham kimi səslənirilirsə, belə orta məxrəcə gəlmək olar ki, hakimiyyət öz agentura şəbəkəsini, həm də bizə qarşı yüksək səviyyədə tapşırıqlarla işə salıb. Bu gün, bu prossesi kim və kimlər qoşulmuşsa, özünü "demokrat" hesab edib, Azərbaycan hakimiyyətinin apardığı bu kampaniyaya dəstək verirsə, demək, bu insanlar hakimiyyət agentura şəbəkəsinin nümayəndəsi sayılmalıdır! Biz, bunu son günlərdə bəzi müxalifətdə olan, özünə demokrat deyib, guya Azərbaycana demokratik bir gələcəyi vəd edən, bütün insanların haqlarının qorunacağını bildirən və ən əsası, insan haqlarını bərpa deyiləcəyini dəfələrlə elan edən məxluqlar, necə olur ki , indiki iqtidarla fikirləri üst- üstə düşür. Belə qənaətə gəlmək olar ki, bu insanlar iqtidarla bir medalın iki üzüdür: Maddə 44. Milli mənsubiyyət hüququ I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Maddə 45. Ana dilindən istifadə hüququ I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz... Biz, Azərbaycan Respublikasının konstitusiyasının göstərilən maddələrinə əsasən, öz haqqımızı tələb edirik. Onu da qeyd edək ki, bu maddələrə hörmət göstərməyən insanlar, bütövlükdə Azərbaycan xalqına hörmət qoymur. Təssuflər olsun ki, "demokratlar"ın özləri də, bu və bu tipdə olan qanun və öhdəlikləri görməkdən, ən azı gələcəkdə onları icra edəcəkləri barədə vədlər verməkdən yayınmağa cəhdlər edirlər. Çox yaxşı olar ki , bu kimi halların qarşısı vaxtında alınsın və mövcud Azərbaycan hökumətinə və bəzi xarici qüvvələrə xidmətlərini dayandırsınlar... Aşağıda çoxsaylı “demokrat”ların yazdıqları statuslardan birinin, kanalturan tv-nin əməkdaşının yazdığını nümunə kimi Sizlərə təqdim edirik: www.tolishstan.com saiti | |
|
Total comments: 0 | |