09:00
Fəxrəddin Abbasov haqqında geniş araşdırma (2)
Fəxrəddin Abbasov haqqında geniş araşdırma (2).

Beynəlxalq təşkilatlar, həmçinin BMT ( UNHCR) qərarı olmasına baxmayaraq , F. Abbasovun deportasiyasını tezləşdirmə cəhdindən sapınmadılar.


Fəxrəddin Abbasovu, 2019-cu il fevral ayının 27-də, səhər tezdən “Moskva vilayət məhkəməsi” adı ilə Lyubersk şəhər prokurorluğuna aparıblar. Orada prokuror F. Abbasova Rusiya Federasiyasının Baş prokurorluğunun qətnaməsini təqdim ediblər. Qətnamənin sonunda belə yazılmışdı : - “RF Baş prokurorluğu F.F. Abbasovu Azərbaycan Respublikasına təhvil verməkdən (ekstradisiya etməkdən) imtina edir və həbsdən azad edir”. F . Abbasov Prokuror sual edir : Bəs mənim vəkillərim niyə burada iştirak etmirlər? Xahiş edirəm, zəng edib, onları bura dəvət edin! Prokuror cavab verir : Bu adamlar indi hər şeyi sizə izah edərlər və... çıxıb gedib . F. Abbasovu prokurorluqdan Lyubersk rayon məhkəməsinə gətiriblər. Arxa qapıdan 3-cü mərtəbəyə qaldırıblar, dəhlizin sonundakı bir otağa salıblar . Otaq da Polis kapitanlarından biri F. Abbasova yaxınlaşaraq, özünü təqdim edib , Moskva vilayəti Baş polis idarəsi miqrasiya xidmətinin əməkdaşı olduğunu deyib və bildirib ki, izahat almalıdır. F. Abbasov Səbəbini soruşub, cavabında eşidib ki, guya F. Abbasov RF-nın miqrasiya qanunvericiliyini pozub. Əlindəki kağızı təqdim edib. Orada suallar yazılıbmış, F. Abbasov həmin kağıza qeyd edib ki, heç bir qanunu pozmamışam, vəkillərimin iştirakı təmin olunmayıb, ona görə də, izahat verməkdən imtina edirəm. Kapitan kağızı qovluğa qoyduqda, “Vətənə qayıtmaq haqqında Şəhadətnamə (üzərində F. Abbasov foto şəkilim olmaqla)” gözünə sataşır . F. Abbasov deyib ki, bu saxta sənəd sizdə haradandır? “Onu almaq üçün mən özüm Moskvada, AR-nın konsulluğuna müraciət edərək, dövlət rusumu ödəməklə, onu almalıyam. Mənim hələ ki, Azərbaycana qayıtmaq niyyətim yoxdur, heç bir rusum da ödəməmişəm, qapalı həbsdə saxlandığımdan bütün bu proseduralardan keçməkdən də məhrum edilmişəm və bütün bu didiklərimi çox asan yoxlamaq da olar. Kapitan isə, çox tələsik, qovluğu götürərək, bir kənara çəkilib... Sonra, F. Abbasovu məhkəmə zalına dəvət edirlər. Xadunova familiyalı cavan bir hakim elan edir ki, mən bu məhkəmə iclasını aparmalıyam. F. Abbasov soruşur ki, məhkəmə nə haqda olacaq? Hakim deyir ki, siz RF-nın miqrasiya qanunvericiliyini pozmusunuz, biz bu məsələni ayırd etməliyik. F. Abbasov bildirdim ki, Moskva Vilayyətinin Baş polis idarəsinə ərizə ilə müraciət edərək həm oturum müddətini, həm də pasport qeydiyyatının vaxtının uzadılmasını xahiş etmişəm. Bu günədək cavab verilməmişdir, deməli mən qanunu pozmamışam. Siz əgər bu iclasa mənim vəkillərimi dəvət etməsəniz, mən bu məhkəmə iclasında iştirak etməyəcəyəm. Hakim bildirib ki, mən sizin vəkillərinizi dəvət edə bilmərəm, dövlət müdafiəçisi ilə təmin edə bilərəm. F. Abbasov deyib ki, dövlət müdafiəçisi sənin təpənə dəysin, mənim 4(dörd) vəkilim var, telefon nömrələrini verirəm, dəvət edin. Hakim zəng etmədən, saat 14-dək fasilə elan edərək, gedib. 
F. Abbasov yazır:
-“Əvvəl oturduğumuz otağa gəldik. Yuxarıda dediyim şəxslər məni daima müşayiət edirdi. Dedim ki, hətta ən qatı cinayətkarın da bir telefon zəngi etmək hüququ var. Niyə öz Konstitusiya və qanunlarınızı pozursunuz? Zəng edin. Etmədilər”. 
Fəxrəddin Abbasovun bildirib ki , Saat 14-da yenidən, məhkəmə zalına dəvət etdilər. Getmədim. Hakim özü həmin otağa gələrək, bildirdi ki, onda iclası burada keçirəcəyəm. Mən ayağa durdum ki, otağı tərk edim. Həmin cavanların ikisi qapıda durub məni buraxmadılar. Mən onlardan birinə iki sillə çəkərək, itələdim, qapını açıb çıxmaq istəyəndə, qalanları gəlib qollarımı, zor tətbiq etməklə arxaya burdular və həmin vəziyyətdə də hakim əvvəlcədən hazırladığı mətndə “qərarı” oxudu. Həmin mətndə deyilirdi:
 - Abbasov F.F. RF-nın miqrasiya qanunvericiliyini pozduğu üçün 5(beş) min rubl cərimə edilsin, sonra da 5(beş) gün ərzində nəzarət altında saxlanıldıqdan sonra, deportasiya olunsun…
 Nəhayyət, sonda göstərilirdi: -Abbasov F.F. bu qərardan 10(on) gün ərzində şikayət verə bilər “. Mülki geyimli şəxslər ikinci polis kapitanı ilə birgə F. Abbasovu zorla həyətdə duran “cip” markalı avtomobilə oturdurub, ikinci bir maşının müşahiyyəti ilə Şeremetyeva aeroportuna aparıblar. Pasport nəzarətindən keçərkən Azərbaycanın mülki geyimində olan bir nümayəndəsi yaşıl rəngli bir kağızı yoxlayan qadına təqdim edib. Təqribən, gecə saat 24 radələrində, artıq Moskva-Bakı reysi ilə uçan təyyarə ilə, iki nəfər mülki geyimli Azərbaycan nümayəndəsi ilə bərabər, uçaraq, fevralın 28-də səhər radələrində, F. Abbasov, artıq, Azərbaycan DTX-nın təcridxanasında gətirildi.
 Fəxrəddin Abbasovun İctimai müdafiə komitəsinin yarandığını haqqında bəyanat, 15 Mart 2019 ci il tarixində elan olundu. İlk yaradılan, müdafiə komitəsinin tərkibi belə idi:
 Ilkin Əkbərli, müdafiə komitəsinin sədri;
 Namik Əliyev, müdafiə komitəsinin üzvü;
 Rəşad Əhmədov, müdafiə komitəsinin üzvü.
 Daha sonralar, müdafiə komitəsinin üzvlərinə müxtəlif ictimai-inzibati-məişət təzyiqlər nəticəsində, F. Abbasovun hüquqları tam və hərtərəfli müdafiəsiz qaldı…  25 sentyabr 2019-cu il tarixindən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX-nın) istintaq təcridxanasında həbsdə saxlanılan, Talış Milli Hərəkatının (TMH-nın) liderlərində biri olan Fəxrəddin Abbasov, ən azı ölkə qanunları səviyyəsində hüquqlarının pozulmasına etiraz olaraq, aclıq aksiyasına start vermişdir. Aclıq aksiyasının səbəblərindən əsası, ailəsi və yaxınlarının müqaviləsi əsasında vəkillə təmin olunmasına imkan verilməməsi və ibtidai istintaq normalarının kobud formada pozulması ilə əsaslandırmışdı... 30 May 2019 ci il Bakının Səbail rayon məhkəməsində, Fəxrəddin Abbasovun(Əbboszodənin) işi üzrə məhkəmə ilk baxışı olmuş, ardıcıl olaraq, 14 məhkəmə iclası keçirilmişdir və 13 fevral 2020 ci il tarixində Fəxrəddin Abbasova son söz demək imkanı yaradılmışdır. O, istər RF-nın istərsə də AR-nın, az-çox fəaliyyətdə olan qanunlarına rəğmən və həm də, bu ölkələrin öz üzərilərinə götürdükləri insani münasibətləri tənzimləyən bütün Beynəlxalq təcəddüdlərə etinasızlıq nümayiş etdirildiyini bildirməklə, fikir və düşüncələrinə görə saxtakarlıqla tərtib edilən dörd cildlik cinayət işinin əsasında qurulan ittihamları tamamilə rədd etmişdir və siyasi sifarişli olduğunu məxsusi qeyd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən, Abbasov Fəxrəddin Fərman oğlunun “cinayət işi” üzrə məhkəmə araşdırması 13 fevral 2020-ci il tarixində başa çatdırılıb və hakim Faiq Qəniyevin (DTK-DTX yetirməsi) sədrliyi ilə keçirilən bu prossesdə də hökm oxunub. Prokuror çıxışında F. Abbasovun 17 il müddətinə azadlıqdan məhrum edilməsi istəyinə rəğmən, hakimin verdiyi hökmə əsasən, Fəxrəddin Abbasov, 16 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması), 274-cü (Dövlətə xəyanət) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Talış Milli hərakatı.
TMMR-nın İnsan haqları komisiyası .
Category: XƏBƏRLƏR | Views: 647 | Added by: tmmrtalish | Tags: Talış Milli hərakatı. | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: