17:06
Fransadan 24 aprel Erməni soyqrımını anım günü elan olundu

 

 




Fransa Prezidenti Emmanuel Makron 24 apreli tarixini "Erməni soyqrımını anma günü” elan edib. Bununla da 2001-ci ildən "erməni soyqrımını” tanıyan Fransada aprelin 24-nü genosidin anım günü kimi qeyd olunacaq.
 
Teleqraf.com xəbər verir ki, bu barədə prezident Makron Tvitter hesabında bildirib.
 
"Fransa tarixlə üzləşir. Gələcək bir neçə həftə içində söz verdiyim kimi, 24 aprel tarixini erməni soyqrımını anma günü elan edirik”, - Makron Tvitterdə yazıb.
 
Qeyd edilir ki, bu açıqlamasından bir gün əvvəl Prezident Makron Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının toplantısında çıxış edərkən, 1915-ci il hadisələrini "Osmanlı İmperiyasında yaşayan ermənilərin amansızcasına oldürülməsi” kimi qiymələndirib.
 
Makron bu addımı barədə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana öncədən bilgi verdiyini ifadə edərək, deyib ki, İŞİD-ə qarşı mübarizə, insan haqları və sivil cəmiyyət mövzusunda, habelə soyqrımı məsələsində Türkiyə ilə fikir ayrılıqları var. Ankara ilə dialoq kanallarının açıq tutulmasını istəyən Makronun son addımına hələlik Ankara reaksiya ifadə etməyib.
 
Xatırladaq ki, Emmanuel Makron 2017-ci il prezident seçkiləri kampaniyası zamanı 24 aprel tarixini  erməni soyqrımı günü elan edəcəyi haqda vəd vermişdi.
Category: XƏBƏRLƏR | Views: 653 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: