10:33
Lənkəranda narkotik əməliyyatı: iki nəfər tutuldu - FOTO

Lənkəranda narkotik əməliyyatı: iki nəfər tutuldu - FOTO

Dövlət Sərhəd Xidməti əməkdaşları 185 qram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Fevralın 19-da Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dənizindən 30 metr aralı sahildə içərisində iki nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olunub. 

Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşıb və orada gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. 

Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılıb və baxış zamanı 185 qram heroin narkotik vasitəsi aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüdlü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib. 

Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunduğunu və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İrandan Azərbaycana gətirdiyini etiraf edib.

Fakt üzrə başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Category: Taliys | Views: 666 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: