09:00
Talış dilinin və xalqının yaşaması üçün   mübarizə aparan F. Abbasov haqqında

Talış dilinin və xalqının yaşaması üçün   mübarizə aparan F. Abbasov haqqında . 

Talış-Azərbaycan, Talış dili-Rus dili, Rus- Talış dili və s. tərcümə lüğətləri yazan alim, siyasətçi, jurnalist Fəxrəddin Abbasov, Azərbaycan hakimiyyəti tərəfindən , Rusiya Federasiyasından oğurlanıb Azərbaycana gətirilərək, təsdiqini tapmayan saxta ittihamlarla 16 il hökm oxunaraq həbs edildi. 

Hətta onu müdafiə etmək üçün bir neçə vəkilə təzyiqlər olunaraq müdafiəsi üçün heç kimə imkan verilmədi. İş yuxarı məhkəmələrə verilsədə hələ bir xəbər yoxdur.  

Bunlar az olmuş kimi üstəlik ciddi rejimli həbsdə saxlanılan Fəxrəddin Abbasovla bağlı nə məlumat verilmir, nədə ki, yaxınları ilə görüş imkanı yaradılmır!  

 

 

Bu hakimiyyətin bir çox işləri tərs olduğu kimi, bu işdədə istiqamətini tərs və çox səhv tutub. 

27 il artıq ötüb bəlkə unutmusuz ki, Azərbaycanın torpaqlarını işğal edən Talışlar yox, Ermənilərdir! 

Soyqırımları edən, minlərlə vətəndaşımızı, körpə, qoca, cavan, qadın və əsgərlərimizi işgəncələrlə öldürüb şəhid edən Ermənilər olsada, bu hakimiyyət Erməniyə qarşı çox mehriban davranaraq onun adını, dilini, lüğətini qadağan etmək əvəzinə. Bakıda tədris etdirir, konfranslar keçirir, Erməni dilini təbliğ edənlərə axtarsaq görürsən ki, orden medal və s. fəxri adlarda verir.  

 

 

Bəs Azərbaycanın bütövlüyü üçün çalışıb-vuruşan, düşmən ölkə olan Ermənistanla döyüşdə ən çox şəhid verən, Azərbaycanı doğma vətəni bilən Talış xalqına bəs nə verib?! 

Nə verdiyi gördüylərimizin bir qismi bunlardır;  

- "TALIŞ" xalqın adını parlamentin qərarı ilə, rəsmən qadağan edərək, qadağan olunmuş pis adlar siyahısına salıb. 

- Talış bölgəsi adı dəyiş dirilərək Cənub bölgəsi ilə əvəz edilib. 

- Azərbaycanda tarix milliyyətçi tarixçilər tərəfindən dəyişdirilib yazılaraq, Talış xalqının heç olmadığı göstərilib. 

- Talış dağlarının adı dəyişdirilib, Lerik-Yardımlı dağları adı ilə əvəz edilib. 

- Talış xanlığı tarixdən silinərək Lənkəran xanlığı adı ilə əvəz edilib. 

- Talışlara aid olan çox qədim abidələr, tapıntılar başqa adlarla əvəz edilib və yox edilib. 

- Talış dilində heç bir mətbuata imkan verilmir. televiziya, radio, verilişləri, qəzetlərə və internet saytları Azərbaycanda qadağan edilib yayımına imkan verilmir. 

- Talış alimləri, Talış dilinin yaşaması və inkişafı üçün çalışanlar, aktı vistlər, xalqının hüquqlarını tələb edənlər hamısı cəzalanır, saxta ittihamlarla həbs edilir və bir çox hallarda həbsxanada müəmmalı şəkildə cənazəsi çıxır. 

Bu açıq aşkar insan hüquqlarının pozulması deməkdir. Və bir xalqı bilərəkdən məhv edərək, assimilyasiyaya uğraması üçün görülən işlər və planların sübutudur. 

 

 

Talış xalqına qarşı düşmənçilik mövqeyində olanlar bilməlidir ki, Azərbaycan Talışları, Azərbaycanın vətəndaşıdır. Talış xalqı Vətənini qorumağı özünə borc bildiyi kimi Azərbaycanla bərabər Talış xalqını, dilini və adını qoruyub yaşadacağına da, sizə söz veririk. Talışların tarixdən silinib yox edilməsi üçün maksimum dərəcədə çalışanlara qarşı, etirazımızı bildirərək deyirik.  

Tutduğunuz yolunuz səhvdir, Talış xalqına qarşı belə aşağılatıcı mövqeyiniz yanlışdır.  

Siyasi məhbuslarla bərabər Talış alimi  FƏXRƏDDİN ABBASOVA  

AZADLIQ       tələb edirik! 

Zamin Hüseynov. 

Category: XƏBƏRLƏR | Views: 426 | Added by: tmmrtalish | Tags: Zamin Hüseynov. | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: