Talış Muğan mahalının ümidsiz gənclərinin… gələcəyi...
2020-ci təqvim ili başlayandan, Azərbaycanda və Talış mahalında baş verən hadisələr bir daha sübüt edir ki, hazırki Əliyev rejiminin idarəçiliyindən,- gələcək, yaşam, social-iqtisadi inkişaf və s. amillər, qeyri-müəyyən formada, ümidsizliklə rlə əvəzlənəcək!
Ölkədə korona virus(covid-19), epidemiyası yayılandan, hazırki Əliyev rejiminin, necə deyərlər, toy-bayramıdır, ruslar demişkən, xalqı "pod kalpak" saxlamaq və qorxu içində idarə etmək daha asandır. Bir tikə çorək qazanmaq naminə Rusiyaya gedənlərin, orada, ağır şəraitdən vətənə dönüş edərkən, Dağıstanda, sərhəddə üzləşdikləri aclıq, yorğunluq, pulsuz-parasızlıq, xəstəlik və hətta, 100-ə yaxın polis gülləsi ilə öldürülmuş vətəndaşlarımız vardır. O biri tərəfdə isə, hazırki rejim, xalqa qarşı, məxsusi hazırlanmış, adına “daxili qoşun” adı qoymuş silahlı quldurları göndərir, evlərə zorla basqın edilir, bir sözlə, AZTV demişkən cicəklənən Azərbaycana qarşı daxili və xarici qüvvələr tərəfindən təxribatı,- özü təşkil edir! Talış mahalında isə, illərdir davam edən social-iqtisadi durğunluq, vecsiz yanaşma, bəlkə də düşünülmüş dağıdıcılıqla ümidsizlik yaratmaq, gənclərimizin, mövcud pandemiyadan sonra da, xaricə, yaşamaq naminə getmək üçün hazırlıqları aparması müşahidə olunur və bu, Talış xalqının məhv edilmə planının faciyəvi əsası, - kişilərsiz evlərin-ailələrin dağıdılmasının bünövrəsi qoyulur…
Təəssüflər olsun ki, bu qaydada Talış mahalının boşaldılması, gələcəkdə, vətənə dönmək istəyən vətəndaşlarımızın sərhədə ilişib qalması və öldürülməsi kimi hallarla müşahidə olunur, olacaq. Talış mahalına və onun zorla karantin adı ilə sərbəst, azad yaşamdan kənarda saxlanılan gənclərinə, azadlıq!
Talış alimi Fəxrəddin Abbasova azadlıq!
Talış bloqqeri Elvin İsayevə azadlıq!
Özünə demokrat don seçib və muxalifət adlandıran, lakin, Talışın adına ləkə olan, hazırkı idbar rejimin yanında yer alan, Talışın məhvinə fitva verən şəxslərə isə, Allah lənət etsin!
Diqqətinizə görə, minnətdaram.
Hörmətlə,
TMMR Mühacir hökümətinin Gənclər, idman və turizim naziri,
Ilham Babazade
|