08:56 Talış xalqına qarşı təqiblərə SON!!! | |
Fəxrəddin Abbasova (Əboszodə) AZADLIQ!!! Elvin İsayevə AZADLIQ!!! Talış xalqına qarşı təqiblərə SON!!! Ilik əvvəl onu qeyd edək ki , F. Abbasov haqqında iyirmi gündən çoxdur ki , heç bir məlumat yoxdur . 8 iyun tarixində, Beynəlxalq İnsan Haqları təşkilatı, müraciət yayaraq "Amnesty İnternational" talış siyasi-ictimai fəalları, alim-politoloq F.Abbasovun (Əboszodə) və siyasi bloger E. İsayevin Azərbaycan hakimiyyətini tənqid etdiklərinə görə həbsedildiklərini bildirərək, onların həbslərinin siyasi motivli olduğunu bəyan etmişdir! "Amesty İnternational" F. Abbasov (Əboszodə) və E. İsayevin həbsdən azad olunmasını tələb etmişdir! Müraciətdə o da qeyd edilmişdir ki, onlara qarşı çox sayda qanun pozğuntuluğları ilə yanaşı, həm də təzyiq, işgəncə halları qeydə alınmışdır! Azərbaycan İnsan Haqları təşkilatlarının onların taleyinə biganə münasibətinə də dolayısı ilə işarə edilərək, bizim onlar haqqında fikirlərimizi də, bir daha təsdiqləmişdir! Azərbaycan İnsan Haqları müdafiəsi "fədailəri" hələ də susmaqda davam edirlər! Bəziləri hətta, "Amnesty İnternational" ın bu müraciəti qəbul etməsində zəhmətləri olduqlarını söyləyərək, fərq qoymadan müraciət etmələrinidə imitasiyaya cəhd edirlər və özü də, bunu, bu işdə əməyi olanlara deyirlər! Bizə çoxdan bəllidir ki, "Vəkillik institutu", "Demokratik müxalifət" adlanan zümrələr kimi, "müstəqil QHT" nümayəndələri də hakimiyyətin "CİBİNDƏdirlər! Bu Azərbaycan reallığıdır! F.Abbasova (Əboszodə) və E. İsayevə AZADLIQ!!! Talış xalqının yaşam HAQQINA HÖRMƏT və AZADLIQ!!! Talış Milli Hərəkatı. | |
|
Total comments: 0 | |